Azərbaycanda eşşəklərin sayı kəskin azalıb – RƏSMİ

Azərbaycanda eşşəklərin sayı kəskin azalıb – RƏSMİ




















Onlar əsasən yük daşımalarında istifadə olunur

Azərbaycandan xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana uzunqulaq (eşşək) ixracı və idxalı olmayıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2015-ci ilin yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanda 39 992 uzunqulaq mövcuddur.

Ötən ilin eyni dövrü ilə müqayisədə eşşəklərin sayı 3433 baş və ya 7,9 faiz azalıb. Uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux,Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad,Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı,Şərur və Şahbuz rayonlarında istifadə edilir.