Главная > idman > Ronaldudan “Real”a və Madridə vida sözləri

Ronaldudan “Real”a və Madridə vida sözləri


11-07-2018, 11:20. Разместил: admin
Ronaldudan “Real”a və Madridə vida sözləri















““Real” və Mardiddəki illərim ömrümün ən xoşbəxt illəri olub”.
Bu sözləri bu gün “Yuventus”a keçidi rəsmiləşən Kriştianu Ronaldu “Real Madrid”lə bağlı son fikirlərini ifadə edərkən söyləyib.

O, Madridlə və klubla bağlı yalnız minnətdarlıq duyğusunun olduğunu dilə gətirib:

“Mən hamıya sevgisinə görə təşəkkür edirəm. Düşünürəm ki, həyatımda yeni dövrə qədəm qoymağın vaxtı çatıb. Məhz bu səbəbdən klubdan məni buraxmasını istədim. Bütün azarkeşlərdən məni anlayışla qarşılamasını xahiş edirəm.
Azarkeşlər bu 9 ildə möhtəşəm idilər. 9 unikal il...

Mənim komandada əla dostlarım oldu. Klub sayəsində 4 Qızıl top və 3 Qızıl büts qazandım.

“Real Madrid” mənim və ailəmin ruhumu qidalandırdı. Buna görə klubun prezidentinə, direktorlara, əməkdaşlara, həkimlərə, fizioterapevtlərə və bütün işçilərə təşəkkür edirəm”.
Вернуться назад