» » Ramil Quliyev onu tənqid edən Çingiz Hüseynzadənin gözü önündə çempion oldu

Ramil Quliyev onu tənqid edən Çingiz Hüseynzadənin gözü önündə çempion oldu

  • 11-08-2017, 13:51
  • idman
  • 179
Ramil Quliyev onu tənqid edən Çingiz Hüseynzadənin gözü önündə çempion oldu















Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə millisində yer alan azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub. Onun bu uğuru Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşüb. Türkiyə prezidenti Recep Tayyip Erdoğan və baş nazir Binali Yıldırım da atleti təbrik edənlər sırasında olub. Xatırladaq ki, bir neçə il öncə Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə mediaya Ramil Quliyevin böyük pul arxasınca qaçdığını və Azərbaycan bayrağı altında çıxış etməkdən imtina etdiyini demişdi: "Türkiyəyə köçdükdən sonra, o, əvvəlki nəticələrinə yaxın nəticə belə göstərmir. Məsələn, mən Ramilin hansısa yarışda qalib gəldiyini eşitməmişəm. Böyük pul ardınca qaçmaq heç zaman uğur gətirmir". Londonda davam edən atletika üzrə dünya çempionatındakı qələbəsindən sonra həmyerlimiz Ramil Quliyev Türkiyə və Azərbaycan bayrağı ilə meydanda dövrə vurub. Bu isə illər öncə söylənilən fikirlərə sözün əsl mənasında son nöqtəni qoyub. PrimeTime.Az məsələ ilə bağlı Milli Olimpiya Komitəsinin mətbuat xidməti ilə saxlayıb. Qurumun sözçüsü Çingiz Hüseynzadənin hazırda ölkədə olmadığını bildirib: "Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə hazırda ölkədə yoxdur. O, Londonda sözügedən dünya çempionatında iştirak edir". Qeyd edək ki, Çingiz Hüseynzadə eyni zamanda Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət