» » Güləşçimizdən bürünc medal

Güləşçimizdən bürünc medal

  • 14-08-2019, 08:43
  • idman
  • 11
Güləşçimizdən bürünc medal

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə təmsilçimiz bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, yığmanın aparıcı üzvlərindən olan Turan Bayramov (65 kq) təsəlliverici görüşdə mübarizəni davam etdirərək Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edib.

Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Türkiyə pəhləvanına qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə qalib gəlsə də, dörddəbir finalda iranlı pəhləvana məğlub olumuşdu.
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mədəniyyət