» » PFL prezidenti: “Danışılmış oyunlara görə qurunun oduna yaş da yanır”

PFL prezidenti: “Danışılmış oyunlara görə qurunun oduna yaş da yanır”

  • 9-08-2019, 09:03
  • idman
  • 18
PFL prezidenti: “Danışılmış oyunlara görə qurunun oduna yaş da yanır”

“Çempionat bu il yaxşı olmalıdır. Çox söz-söhbətlər gəzir. Bəzən deyirlər ki, danışılmış oyunlar olur. Hamınız diqqətli olun. Qurunun oduna yaş da yanır”.

Bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2019/2020 mövsümü üçün I Divizionun püşkatma mərasimində dəyib.

Qurum rəhbəri bildirib ki, Divizionla bağlı UEFA-dan AFFA-ya məktublar gəlir: “Belə hallar baş versə, rəhbərliyin də sizə olan inamı itir. Klublar AFFA-dan maliyyələşir. Bundan normal istifadə etmək lazımdır. Başqa məqsədlər üçün yox. Divizionla bağlı UEFA-dan məktublar gəlir. Bu xoşagələn hal deyil. Bəziləri danışılmış oyunların içində deyil. Amma onun da adı hallanır. İstərdik ki, çempionat daha maraqlı olsun. U-21-ə oyunçu vermək lazımdır. Ən azı hər komanda bir nəfər versin. Amma alınmır. Niyə Premyer Liqada oynamayasınız? Vallah, haramın xeyiri yoxdur. Cavan oyunçuları bu sözlərə qatmayaq. Mən özüm utanıram. Mənə sual verəndə, deyirəm ki, xəbərim yoxdur. Hər bir klubun adı danışılmış oyunlarda hallanır. Hətta çempion MOİK haqqında da. Futbolumuzda daha gərgin çempionat olmalıdır. Təəssüflər olsun ki, “Şüvəlan” fəaliyyətini dayandırdı. Gedənə “yaxşı yol” deyirik”.

Musayev deyib ki, klublar daha çox oyunçu yetişdirmək barədə düşünməlidirlər: “Şərt o deyil ki, birinci yerə çıxasan. Şərt odur ki, oyunçu yetişdirəsən. Futbol nə üçün oynanılır? Milliyə futbolçu vermək üçün. Bunu düşünmək lazımdır. Bostan nə üçün əkilir. Qarğa-quzğuna yem vermək üçün!? Bizdə əvvəllər xarici məşqçilər özləri ilə futbolçu gətirirdilər. Məşqçilər çalışsın ki, yetirmələri olsun. Niyə də yox? İnanıram ki, hər şey yaxşı olacaq. Hamıya uğurlar arzulayıram. Özünüz elə bir şərait yaradın ki, televiziya çəkilişə gəlsin. Bəzən təhqirə yol verirlər, 90 dəqiqə bir-birini yeyirlər. Sonra birlikdə çayxanaya gedirlər”.

Qeyd edək ki, “Şüvəlan” fəaliyyətini dayandırdığı üçün yeni mövsümdə I Divizionda 14 deyil, 13 komanda çıxış edəcək.

“Report”
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mədəniyyət