» » “Neftçi” Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

“Neftçi” Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

  • 2-08-2019, 11:32
  • idman
  • 33
“Neftçi” Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

“Neftçi” komandası Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb.

“Report”un məlumatına görə, bu, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Rusiya “Arsenal”ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Beləliklə, daha 0,250 xal əldə edən paytaxt təmsilçisi Azərbaycanın cari mövsümdəki xallarını 1,750-yə çatdırıb.

Lakin reytinq sıralamasında dəyişiklik baş verməyib. Son 5 mövsümdəki göstəricilərin cəmində 17,125 xala malik Azərbaycan yenə 26-cı pillədədir. 25-ci yerdə gedən Qazaxıstanın isə 18,000 xalı var. 24-cü pillədə 18,125 xalla Belarus yer alıb. Lakin Azərbaycandan fərqli olaraq, bu iki ölkənin Çempionlar Liqasında təmsilçisi qalmayıb. Qazaxıstan növbəti mərhələdə 1, Belarus və Azərbaycan hərəyə 2 klubla təmsil olunacaq.

Qeyd edək ki, bu mövsüm Azərbaycanın əldə etdiyi reytinq xallarından 1,000-ı “Neftçi”yə, 0,750-si “Qarabağ”a məxsusdur. Flaqman ilk 2 mərhələdəki 4 görüşün hamısından qalib ayrılıb. Avropa Liqasının III təsnifat mərhələsində rəqib İsrail “Bney Yehuda”sı olacaq. 4 oyundan 2 qələbə, 2 heç-heçəsi olan “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə üz-üzə gələcək. Avropa Liqasının ilk mərhələsindəcə mübarizəni dayandıran “Səbail” ölkə reytinqinə xal yazdıra bilməyib. Mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qəbələ” də Gürcüstanın “Dinamo” (Tbilisi) komandasına evdə 0:2, səfərdə 0:3 hesabı ilə uduzaraq, Azərbaycanın reytinq xalını artıra bilməyib.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mədəniyyət