» » Məsut Özil və komanda yoldaşı silahlı hücuma məruz qalıb – VİDEO

Məsut Özil və komanda yoldaşı silahlı hücuma məruz qalıb – VİDEO

  • 26-07-2019, 09:13
  • idman
  • 60
Məsut Özil və komanda yoldaşı silahlı hücuma məruz qalıb – VİDEO

İngiltərə “Arsenal”ının futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb.

“Report”un məlumatına görə, hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçi “Mercedes” markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.

Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı “Likya” restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb.

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib.

Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Mədəniyyət