» » “Neftçi” Azərbaycanın aktivinə ən çox xalı yazdırıb

“Neftçi” Azərbaycanın aktivinə ən çox xalı yazdırıb

  • 12-07-2019, 09:26
  • idman
  • 16
“Neftçi” Azərbaycanın aktivinə ən çox xalı yazdırıb

Azərbaycan klubları avrokuboklarda I təsnifat mərhələsinin ilk oyunlarını 0,375 reytinq xalı ilə başa vurublar.

“Report”un məlumatına görə, bu xallardan 0,250-ni “Neftçi” komandası qazanıb. Flaqman Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə “Sperantsa”nı Moldovada 3:0 hesabı ilə məğlub edib. 0,125 xalı isə aktivinə “Qarabağ” yazdırıb.

Ağdam klubu Albaniyada “Partizani” ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü heç-heçə ilə başa vurub – 0:0. Əvəzində “Səbail” evdə Rumıniyanın “Universitatya” (Krayova) komandasına 2:3 hesabı ilə uduzduğu üçün reytinq xalı qazana bilməyib.

Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırsa da, 26-cı pillədə qalıb. 25-ci pillədə isə 16,750 xalla Qazaxıstan qərarlaşıb.
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Mədəniyyət