» » “AFFA oyunumuzdan razı qalıb” – Millimizin baş məşqçisi

“AFFA oyunumuzdan razı qalıb” – Millimizin baş məşqçisi

  • 29-03-2019, 13:02
  • idman
  • 47
“AFFA oyunumuzdan razı qalıb” – Millimizin baş məşqçisi















“Xorvatiya ilə oyunumuz 3 aspektdə nəzərdən keçirilməlidir. Birincisi, Xorvatiya böyük turnirlə müqayisədə seçmə mərhələdə elə də yaxşı çıxış etmir. Çünki belə matçlarda xorvatlar aşkar favorit hesab olunurlar ki, bu da sonra onların özlərinə mənfi, rəqib komandalara isə müsbət təsir edir. İkincisi, motivasiyadır. Hansı ki, biz oyuna 200 faizlik köklənmə ilə çıxmışdıq. Üçüncüsü isə oyun aspektidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib.

O, AVR0-2020-nin seçmə mərhələsində Xorvatiya millisinə qarşı səfərdə keçirilən qarşılaşma haqda danışıb: “Xorvatiya ötən yay Rusiyada keçirilən dünya çempionatında qeyri-adı enerji və fantastik keçidlər hesabına ən təhlükəli rəqiblərdən sayılırdı. Bilirdim ki, müdafiə xəttimiz etibarlı oynasa, rəqibə çətinlik yaşada bilərik. Biz həmin oyunda 5-6 dəfə bunu etdik. Xorvatiyanın qapısına bir dəfə yol tapddıq, amma yenə qol vura bilərdik. Əsas gücümüz meydanda maksimum gücümüzü ortaya qoymaq idi. Ona görə də oyunun sonlarında futbolçularımız tamam əldən düşdülər. Onlar Barişiç, Perişim və digərlərinin cinahlarını bağlaya bilmişdilər. Xorvatlar sonra Kramariçin hiyləgərliyi sayəsində qələbə qazandı. Halbuki biz oyundan əvvəl bu futbolçu ilə bağlı xəbərdarlıq etmişdik. Amma tapşırıqlarım hamısını yerinə yetirmək mümkünsüzdür. İkinci qolu məhz Kramariçin dahiliyinə görə buraxdıq”.

52 yaşlı çalışdırıcı Litva ilə qolsuz heç-heçə etdikləri görüş barədə də fikirlərini bildirib: “Yerli federasiya və futbol ictimaiyyəti Xorvatiya ilə Zaqrebdəki oyunumuzdan razı qalıb. Azərbaycan futbol tarixinin ən böyük sensasiyasını həyata keçirə bilməməyimiz təəssüf doğururdu. Komandada yaxşı atmosfer yaratmaq vacibdir. Litva üzərində qələbə qazanmalı idik. Amma üzülmürük. Hər bir komanda üçün güclü rəqib olmağa çalışacağıq”.
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Mədəniyyət