» » Almaniya yığması İtaliyaya penaltilər seriyasında qalib gəldi

Almaniya yığması İtaliyaya penaltilər seriyasında qalib gəldi

  • 3-07-2016, 10:34
  • idman
  • 171
Almaniya yığması İtaliyaya penaltilər seriyasında qalib gəldi


















Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb

Almaniya millisi Avropa çempionatının1 1/4 final mərhələsində İtaliya komandasına qalib gələrək növbəti mərhələyə yüksəlib.

Bordonun “Matmut Atlantik” stadionunda keçirilən oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı matçın 64-cü dəqiqəsində Məsut Özil açıb. İtalyanlar qarşılaşmanın 78-ci dəqiqəsində Leonardo Bonucci penaltidən vurduğu qol ilə oyunda “status-kvo”nu bərpa ediblər.

Penaltilər seriyasında isə Almaniya yığması daha dəqiq olub (5:4).

Avropa çempionatının yarımfinal mərhələsində Yoahim Lövin yetirmələri iyulun 3-də keçiriləcək Fransa-İslandiya cütlüyünün qalibi ilə qarşılaşacaq.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət