» » Qurban Qurbanov: "Rəşadın nə gücü tükənib, nə də zəifləyib"

Qurban Qurbanov: "Rəşadın nə gücü tükənib, nə də zəifləyib"

  • 19-08-2018, 12:39
  • idman
  • 18
Qurban Qurbanov: "Rəşadın nə gücü tükənib, nə də zəifləyib"














"Futbolçularımı və azarkeşləri təbrik edirəm. Xeyli dəyişiklik etmişdik, bununla belə pis oynamadılar. Nəticə qazanmağı bacardılar".
Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Səbail" üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, BATE ilə Çempionlar Liqasının III təsnifat mərhələsini hər iki oyununda əllərini gələni ediblər: "Xüsusən səfər oyununda yaxşı oynadıq. Vurduğumuz qolun üzərində çalışmışdıq. Çatışmazlıqlar var. Mübarizəni dayandırdığımız üçün üzgünəm. Avropa Liqasındakı rəqibimiz "Şerif" təcrübəli komandadır. Vaxtımız çox azdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik".
Qurbanov BATE ilə matçlarda buraxılan qollarda səhvə yol verən Rəşad Sadıqovun azarkeşlərin tənqidi ilə üzləşməsinə də toxunub. O, kapitanan inamını ifadə edib: "Hamının onun karyerasını bitirməsini istəməsinə inanmıram. Rəşadı məndən yaxşı tanıyan olmaz. Onun oyunçu kimi davam etdirməsini mən israrla istədim. Bu söhbətlər keçən ildən vardı. Ona görə israr etdim. Bu gün də Rəşadın gücünə arxayınıq. Onun nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhv axtarsaq, çox futbolçuda taparıq. Sadəcə olaraq üzdə olan insan daha çox müzakirə olunur. Buna normal baxıram. Bizi sevənlər çoxdur. Bu fikirləri bildirənlərə hörmətlə yanaşıram. Onun həm meydanda, həm də meydandan kənarda nə qədər faydalı kapitan olduğunu yaxşı bilirəm. O, futbolumuz üçün vacib insandır. Düzdür, özü də çox üzgündür yazılanlardan dolayı. Ona görə narahat deyiləm, daha yaxşı oynayacaq. Bu gün Rəşada istirahət vermişdim. Ümumiyyətlə, əsas heyətin bir çox üzvü yox idi. Ona səhər başqa cür məşq vermişdik. Heç bir psixoloji problemi yoxdur. Bu cür fikirlər ona da, mənə də pis təsir edib. Onun gücünə inanıram".

Qurbanov yeni transfer Delarjın özünü yaxşı tərəfdən göstərə bilməməsinə də toxunub: "Delarjın uğursuz transfer olduğunu deməzdim. Optimal formadan uzaqdır. Ən gec məşqlərə qoşulan oyunçudur".
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət