» » Bu gün "Qarabağ” BATE ilə oynayacaq

Bu gün "Qarabağ” BATE ilə oynayacaq

  • 7-08-2018, 12:50
  • idman
  • 78
Bu gün "Qarabağ” BATE ilə oynayacaq














Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Belarusun BATE komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Ağdam təmsilçisi bunadək Sloveniyanın "Olimpiya” və Albaniya "Kukesi”sini mübarizədən kənarlaşdırıbsa, BATE Finlandiyanın HİK kollektivindən üstün olub.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun
7 avqust

21:00. "Qarabağ” (Azərbaycan) - BATE (Belarus)

Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Robert Sedlaçek (Avstriya)

UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mədəniyyət