» » Neymar “Real Madrid”ə keçir? — AÇIQLAMA

Neymar “Real Madrid”ə keçir? — AÇIQLAMA

  • 29-05-2018, 10:40
  • idman
  • 22
Neymar “Real Madrid”ə keçir? — AÇIQLAMA















“Paris Sen-Jermen” klubunun hücumçusu Neymarın “Real Madrid” klubuna keçəcəyi barədə söz-söhbət dolaşır.
Yayılan xəbərlərə əsasən, bu keçiş Ronaldu ilə dəyiş-düyüş əsasında baş tutacaq.

26 yaşlı braziliyalı futbolçu isə bu xəbəri şayə adlandırıb. Eyni zamanda qeyd edib ki, bu xəbərə diqqət yetirməyə belə dəyməz.
“ “Real Madrid”? Hazırda mən diqqətimi Braziliya yığmasına yönəltmişəm. İnsanlar bəzən çox axmaq söhbətlər edirlər. Buna heç reaksiya vermək lazım deyil”, -deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar “PSJ”-də 2017-ci ilin yayından forma geyinir. Bu müddət ərzində 30 oyun oynayıb və 28 qol vurub.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət