» » Zəlzələnin fəsadları barədə Ağdam rayon icra başçısından — AÇIQLAMA - FOTOLAR

Zəlzələnin fəsadları barədə Ağdam rayon icra başçısından — AÇIQLAMA - FOTOLAR

  • 16-11-2017, 15:18
  • hadise
  • 137
Zəlzələnin fəsadları barədə Ağdam rayon icra başçısından — AÇIQLAMA - FOTOLAR














Noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində 1 ev dağılıb, 127 ev isə qəzalı vəziyyətə düşüb.

Ağdamda baş vermiş zəlzələ və onun fəsadları barədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov "Ölkə.Az"a açıqlama verib.
Zəlzələnin fəsadları barədə Ağdam rayon icra başçısından — AÇIQLAMA - FOTOLAR








İcra başçısının sözlərinə görə, ərazidə komisya işləyir, dəymiş zərərlə bağlı verilmiş rəqəmlər hələki dəyişimir:

"Günün sonunda əlavələr yəqin ki, olacaq. Evlərə ziyan dəysə də, insan təlafatı və xəsarəti qeydə alınmayıb".
Dağılmış və qəzalı vəziyyətə düşmüş evlərin təmiri məsələsinə gəldikdə isə Raqub Məmmədov bildirib ki, bizim vəzifəmiz aidiyyatı qurumlara rəsmi qaydada müraciət etməkdir:

"Nazirlər kabinatenin göstərişi əsasında komisiya gəlməli, ərazidə işləməli və dəymiş zərər müəyyən edilməlidir. Bundan sonra isə qərar qəbul olunmalıdır. Hazırda buna cavab vermək tezdir. İş yekunlaşıb, sənədləşmə aparıldıqdan sonra qərar qəbul olunacaq".

Dağılan evin sakinlərinin taleyinin necə olacağı məsələsinə isə icra başçısı belə cavab verib:

"Ev sakinləri həmin evdə yaşayır. 4 otaqlı evdir. Evin qəzalı vəziyyətdə olan otağı çoxdan qəzalı vəziyyətə düşüb. Onlar evin sağlam hissəsində yaşayırlar. Qəzalı vəziyyətə olan otaq axşam baş vermiş zəlzələdə uçub. Həmin otaqda əşya da olmayıb, ev sahibi həmin otağın qəzalı vəziyyətdə olduğun bildiyi üçün oranı bağlı saxlayıb. Ailənin yaşadığı hissəyə heç bir xətər dəyməyib".
Zəlzələnin fəsadları barədə Ağdam rayon icra başçısından — AÇIQLAMA - FOTOLARZəlzələnin fəsadları barədə Ağdam rayon icra başçısından — AÇIQLAMA - FOTOLARZəlzələnin fəsadları barədə Ağdam rayon icra başçısından — AÇIQLAMA - FOTOLAR
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət