» » Bu səhifə 100 manat alıb dələduzluq edir – İstifadəçilərin diqqətinə

Bu səhifə 100 manat alıb dələduzluq edir – İstifadəçilərin diqqətinə

Bu səhifə 100 manat alıb dələduzluq edir – İstifadəçilərin diqqətinə

Bakı sakini Elvina Tağıyeva redaksiyamıza müraciət edərək dələduzluqla qarşılaşdığını deyib.

Şikayətçi “Qafqazinfo”ya bildirib ki, instaqramda nağd və kreditlə evlərin satışını təklif edən “ev_alqı_satqısı001” adlı səhifə onlardan 100 manat alaraq həmin profili blok edib: “Qardaşım həmin səhifədəki evlərdən biri üçün müraciət edib. Ondan ofis haqqı və evə baxmaq üçün öncədən 100 manat tələb olunub. Ödəniş hesaba köçürüldükdən sonra isə onu blok ediblər”.

Elvina Tağıyeva qeyd edib ki, eyni qaydada o da səhifəyə müraciət edib:

“Məndən də qabaqcadan 100 manat tələb olundu. Bunun doğru olmadığını dediyim halda məni də blok elədilər. Sonradan öyrənmişik ki, səhifəni işlədən şəxslər heç Azərbaycanda yaşamır. Bu formada dələduzluqla məşğul olaraq insanların pulunu mənimsəyirlər. Məsələni ictimailəşdirməkdə əsas məqsədimiz başqalarının da bizim kimi aldadılmasının qarşısını almaqdır”.

Səhifədə qeyd olunan nömrə ilə biz də dəfələrlə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. Bundan başqa, 232 000 izləyicisi olan səhifədə eyni problemdən gileylənən çoxlu istifadəçi şərhlərini də görmək mümkündür.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mədəniyyət