» » Tələbə qız öldü, 10 nəfər yaralandı - Daha bir faciəvi qəza

Tələbə qız öldü, 10 nəfər yaralandı - Daha bir faciəvi qəza

Tələbə qız öldü, 10 nəfər yaralandı - Daha bir faciəvi qəza



Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs Musayeva Səadət Məzahir qızıdır. O, Mingəçevir Turizm Kollecinin tələbəsi olub. S.Musayeva hadisə nəticəsində ağır bədən xəsarətləri alıb, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan daha iki yaralı - 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Yevlaxdan Mingəçevirə gələn sərnişin avtobusu Xaldan qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfərdən artıq sərnişin isə xəsarət alıb.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mədəniyyət