» » Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır

Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır

Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır















Musavat.com təəssüflə bildirir ki, Gəncədə baş verən qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Saytımıza məlum olub ki, şəhid polislərdən biri. - Səməd Abbasov Gəncənin axundu, tanınmış din xadimi Hacı Tahir Abbasovun qardaşıdır.

Allah rəhmət etsin.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət