» » İdarə işçiləri cərimələndi

İdarə işçiləri cərimələndi

İdarə işçiləri cərimələndi
















Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı tullantıların əraziyə Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinin işçiləri və torpaq mülkiyyətçisi tərəfindən atıldığı məlum olub.
Faktlarla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin nəzarətçisi Aqil Əsgərov, Ceyranbatan Su Təchizatı İdarəsinin nəzarətçisi Tural Rzayev və torpaq mülkiyyətçisi Xudaqulu Məmmədov barəsində protokollar tərtib olunub və qanun pozucuları ümumilikdə 2100 manat məbləğində cərimə ediliblər.

Tullantıların ərazidən təmizlənməsi üçün Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət