Главная > gundem, cemiyyet > Füzulidə korrupsiya ilə bağlı nə baş verir? İcra başçısı və oğlu barədə şok xəbərlər yayılıb

Füzulidə korrupsiya ilə bağlı nə baş verir? İcra başçısı və oğlu barədə şok xəbərlər yayılıb


6-05-2016, 10:46. Разместил: rasim
Füzulidə korrupsiya ilə bağlı nə baş verir? İcra başçısı və  oğlu barədə şok xəbərlər yayılıb

Azərbaycanda bəzi məmurların özbaşınalığı səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlərin də sayı getdikcə çoxalır. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. Düşmənlə üz-üzə olan Füzuli rayonuna rəhbərlik edən Alı Alıyevin özbaşınalığı, sahibkarları incitməsi, qanunları pozması, korrupsiya hallarına yol verməsi ilə bağlı şikayətlərin sayının yüzlərlə olduğu bildirilir. Rayonda yarıtmaz idarəçilik səbəbindən problemlər kifayət qədərdir və bu yerli sakinlərin haqlı narazılığına səbəb olur.
Rayondakı etibarlı mənbədən bizimhedef.info saytına verilən məlumata görə yerli sakinlər il ərzində bir neçə dəfə müxtəlif səbəblərdən rayon icra hakimiyyətinin qarşısına toplaşaraq problemlərinin həlli üçün kömək istəyirlər. Lakin, insanlara verilən yalan vədlər və problemlərin həll edilməməsi bəzən rayon sakinlərinin etiraz aksiyası təşkil etməsinə səbəb olur. Bu il yanvarın 13-də Füzuli sakinlərinin etiraz aksiyası keçirməsi də məhz bunun nəticəsidir. Yanvarın 14-də isə Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin həmin qanunsuz aksiyanı təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilməsi də rayonda bu sahədə ciddi problemlərin mövcudluğundan xəbər verir. Rayonda hesab edirlər ki, baş verən bu utancverici olayda Füzuli rayonun icra başçısı Alı Alıyevin günahı həbs olunmuş icra nümayəndəsindən heç də az deyil.
Həmçinin, bu günlərdə yayılan digər məlumatlara görə Alı Alıyev bir sıra idarə müdirlərinin korrupsiya fəaliyyəti ilə məşgul olmasına bir başa özü rəhbərlik edir. İcra başçısı həmin idarə müdirlərinin əli ilə dövlət vəsaitini mənimsəyir. Yəqin hər kəsə maraqlıdır ki, indi Füzulidə nələr baş verir, dövlət vəsaiti necə talan edilir, icra başçısı idarələrə ayrılan vəsaitləri hansı yolla mənimsəyir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yəqin ki, yaxın vaxtlarda Alı Alıyevin fəaliyyətini hansı istiqamətdə yoxlamalı olacağını konkret şəkildə müəyyənləşdirəcək. Belə ki, Füzuli sakinləri tərəfindən icra başçısı barədə bu və digər məlumatları təsdiq edən lazımlı faktlar yaxın günlərdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev haqda sensasion məlumatlar yayılmaqda davam edir. Bununla bağlı Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə bir neçə dəfə rəsmi qurumlar tərəfindən xəbərdarlıq edilib. Yanvar ayındakı aksiyalarda icra başçısının yaxın adamlarının iştirak etməsi ilə bağlı Füzulidə baş verən biyabırçılıqdan az vaxt keçdikdən sonra onun oğlu Elvin Alıyevin hərəkətləri rayon rəhbərini yenidən dilə-dişə salıb. Rayon sakinlərinin verdiyi məlumata görə Füzuli rayon Polis Şöbəsində zabit olaraq işləyən, lakin bir gün də olsa işə gəlməyən Elvin Alıyevin harda olması barədə Füzulidə artıq hər kəs məlumatlıdı. Onun Bakıda yaşaması, bütün günü eyş-işrətlə məşğul olması barədə məlumat yayılıb. Sakinlərin dediyinə görə Elvin Alıyev aprel ayında cəbhə bölgəsində baş verən son döyüşlər zamanı Füzuli rayonunda olmayıb. O, Bakıda gecə klublarından birində istirahət edərkən əslən Füzulidən olan gənclər tərəfindən döyülüb. Rayon İcra Hakimiyyətindəki etibarlı mənbələrin məlumatına görə, son vaxtlar əhali arasında Alı Alıyevə olan etimad və hörmət sürətlə itməkdədir. Alı Alıyev buna görə çox narahatdır və çıxılmaz vəziyyətə düşdüyünü etiraf edib.

Bu məsələlərlə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.


bizimhedef.info
Вернуться назад