Главная > gundem, tehsil > GDU-nun talançı prorektoru – FAKTLAR

GDU-nun talançı prorektoru – FAKTLAR


19-04-2016, 14:24. Разместил: rasim
GDU-nun talançı prorektoru – FAKTLAR


7 milyonluq mənimsəmədə adı çəkilən Fəxrəddin Həsənov niyə hələ də işinin başındadır? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının gənclərin təhsilinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə ali və orta təhsil müəssisələrinin, idman, mədəniyyət və turizm sektorunun inkişafı danılmazdır. Əlbəttə ki, bütün bu işlər qeyd olunan sahələrə külli miqdarda maliyyə vəsaitlərinin ayrılması hesabına mümkün olur. Təəssüflər olsun ki, bu diqqət və qayğıdan da özünəməxsus formada yararlanmağa çalışan şəxslər var. Gəncə Dövlət Universitetinin (GDU) İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov də belələrindəndir.

GDU-nun talançı prorektoru – FAKTLAR

Məlumata görə, Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hazırda da bu vəzifədədir. Bir neçə il bundan öncə Elman İdris oğlu Məmmədov Gəncə Dövlət Universitetinin rektoru işləyərkən daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdı. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov o zaman GDU-nun bas mühasibi işləyən (hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri-red) Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəmişlər. Araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq, həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda işləyir. Qalan 21 nəfərin adı ştat cədvəlində olsa da, faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmayıb. Həmin şəxslərin maaş kartları prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmağına baxmayaraq, hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir. Məlumata görə, şəhərdə yüksək vəzifəli məmurların adından yalandan istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur. Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq onun üçün “maraqlı” olan adamların hara gedib gəldiklərini izlədir. Bir neçə dəqiq fakt qeyd edək. Universitetin əsas binasında 2500 manatlıq kamera və fotoaparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov “Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə universitetin bütün tədris binalarına külli miqdarda proyektor, kompüter, notbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq, köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talayıb. Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 AZN pul ayrılmağına baxmayaraq, onun bir manatı belə təyinatı üzrə istifadə edilməyib. Maliyyə sənədlərinə baxdıqda aydın görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri alüminiumçular qəsəbəsi deyilən yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır. Ən agrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış edə bilməyən bu adam fakültə dekanlarına təsir edərək öz iyrənc əməllərini həyata keçirir. Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir. Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur. Bu siyahını daha da artırmaq olar, bu haqda növbəti məqaləmizdə daha geniş məlumat verəcəyik. Çox maraqlıdır, müharibə gedən bir ölkədə, xalqımızın gözəl övladları şəhid olan zaman Fəxrəddin müəllimin vicdanı bu işlərə necə yol verir? İqtisadi böhranın bu agır dövründə bu adam əcaib əməllərindən niyə əl çəkmir? Ölkə prezidenti İlham Əliyevin iqtisadi böhran şəraitində qənaət məqsədilə struktur islahatları apardığı, lüzumsuz orqanların birləşdirildiyi bir dövrdə Fəxrəddin Həsənovun bu talanına nə ad vermək olar? Qarşı tərəfi də dinləyə bilərik.\
(gundelikbaki)
GDU-nun talançı prorektoru – FAKTLAR

bizimhedef.info
Вернуться назад