Главная > gundem / bolge > Bərdədə şəhid anası üsyan etdi: “Ay millət, balam ölür, kimə əl açım?...” - Video

Bərdədə şəhid anası üsyan etdi: “Ay millət, balam ölür, kimə əl açım?...” - Video


2-05-2019, 18:46. Разместил: admin
Bərdədə şəhid anası üsyan etdi: “Ay millət, balam ölür, kimə əl açım?...” - Video














Bərdədə ağdamlı məcburi köçkün, həyat yoldaşı Qarabağ əlili, övladı şəhid olan Vəsilə xanım ümidsiz vəziyyətdədir.

Onun yataq xəstəsi olan qızına qoyulan diaqnozlar üst-üstə düşmür. Vəsilə xanımın övladı üçün təcili tibbi yardım çağırmağa belə imkanı yoxdur.

Bu barədə Sensasiya TV-yə danışan şəhid anası göz yaşları içində Azərbaycan xalqına və prezidentinə yalvarıb, qızına köməklik göstərilməsini xahiş edib.




“Qızım əməliyyat olundu. Ancaq gələndən ayağa qalxmır. Onkologiya dedilər ki, bağırsaqda çirklənmə var. Bərdəyə çatanda çirk açılıb töküldü.

Biri böyrək çatışmazlığı diaqnozu qoyur, biri bağırsaq çirki deyir. Diaqnozlar üst-üstə düşmür. Çaysız, yağsız yaşayıram, şəhidim haqqı... Nə qədər ağrıkəsiciyə pul verim?”

Şəhid anası bildirir ki, yaxınların qəpik-quruş köməyi də olmasa acından qırılacaqlar: “Yoldaşım Qarabağ əlilidir, özüm işləmirəm. Mən nə qədər başqalarına əl açım? Ay millət, balam ölür, kimə dərdimi deyim?

Yalvarıram, kömək edin. Mən bir balamı vətən uğrunda qurban vermişəm, indi bir balamın sağ qalması üçün kömək edin. Şəhid balam istəməzdi ki, bacısı belə əziyyət çəksin. Sizə qurban olum, bir şəhid anasının səsinə səs verin...”

Vəsilə xanıma dəstək olmaq istəyənlər onun bank hesabına yardım göndərə, bizimlə əlaqə saxlaya bilərlər. Şəhid anaları qəhrəman qadınlardırlar. Bizim hər birimizin borcudur ki, onlara yardım edək.

Azərbaycanda nazirlərin, deputatların, vəzifəli şəxslərin hər biri 500 manat yardım eləsə, iş adamları, imkanlı möminlər dəstək olsalar şəhid bacısı ayağa qalxar, həyata qayıdar.

Amma təəssüf ki, Bərdə icra hakimiyyətinin, “Qaçqınkom”un, yerli məmurların gözü ah-nalə çəkən insanların dərdini görmür.

Vəsilə xanım ümid edir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, səhiyyə naziri Oqtay Şirəliyev bir zənglə onları sevindirəcək.

Doğurdan da neftlə zəngin, milyardları dövriyyədə olan, insanları bahalı maşınlarda, restoranlarda gəzən, Həccə gedənləri, Kərbəlaya ziyarət edənləri bol olan bir məmləkətdə şəhid anası çarəsiz vəziyyətdədir. Burnumuzun ucunda Həcc də var, ibadət də.

Cənnət anaların ayaqları altındadır deyirlər. Bu da Vəsilə xanımın acı mənzərəsi. onu sevindirin, Tanrı etdiklərinizini min qatını sizə qaytaracaq.
Вернуться назад