DataLife Engine > Версия для печати > Erməni ilə üzbəüz Ağdamda Səlim Müslümov kabusu - nazirə dosye...
Главная > gundem, bolge > Erməni ilə üzbəüz Ağdamda Səlim Müslümov kabusu - nazirə dosye...

Erməni ilə üzbəüz Ağdamda Səlim Müslümov kabusu - nazirə dosye...


14-06-2018, 13:21. Разместил: admin
Erməni ilə üzbəüz Ağdamda Səlim Müslümov kabusu - nazirə dosye...















Ağdam Məşğulluq Xidmətinin rəisi Elşən Rüstəmov keçmiş nazir Səlim Müslümovun dövründən qalan metodlarla fəaliyyət göstərməkdədir

FİA.Az-a feysbukdakı şərhlərdə gedən xəbərdə deyilir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin olunsa da, E.Rüstəmov üçün fərq etmir.

Ağdam Məşğulluq Xidmətinin rəisi kimin nazir təyin olunması ilə maraqlanmır. Onun əsas məşğuliyyəti işsiz adamları pulla işlə təmin etməkdir.

İxtisara düşənlərin yardım almasını öz üslubunda təşkil edən E.Rüstəmovun süründürməçiliyi nazirə məruzə edilə bilər.

Ağdam sakinləri tərəfindən S.Babayevə anonim məktub göndərildiyi deyilir. Məktubda Ağdam Məşğulluq Xidmətinin rəisi haqda dosye var.

Hələ S.Müslümovun dönəmində Mərkəz rəhbərindən şikayətlər var idi. Ağdamın Evoğlu kənd sakini Cəfərov Elmir Ələddin oğlu bildirmişdi ki, ailə vəziyyəti çox acınacaqlıdır. Evi 1 otaqdan ibarətdir və az qalır ki, güclü külək olanda ev başına uça.

Evin dam örtüyü yararsız vəziyyətdədir, döşəməsi torpaqdandır. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulub.

Bir çox məşğələlərdə iştirak edib və imtahanlar verib. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə ailəyə 4000 manat vəsait ayrılıb.

Ancaq Ağdam Məşğulluq Xidmətinin rəisi Elşən Rüstəmov və onun Möhübbət adlı müavini həmin vəsaiti bu ailəyə verməyi yubadıblar.

FİA.Az xəbər verir ki, Ağdamın Əfətli kənd sakini, III qrup əlil Əhmədov Ramin Məhəddin oğlu da Səlim Müslümova müraciət ünvanlamışdı.

R.Əhmədov 2016-cı ilin fevralından Ağdam Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata durub.

İxtisasca elektrik montyor olan müraciət müəllifi, bundan əlavə kompyuter proqramlarından yüksək səviyyədə istifadə etməyi bacarır.

Onun sözlərinə görə, Ağdamda yerləşən bir neçə idarələrə də işsiz kimi müraciət edib və qeydiyyata alınıb:

“Atam, anam və mən 2016-cı ildən Ağdam Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata durmuşuq. 2016-cı ildən bu günə kimi Ağdam Məşğulluq mərkəzinə gedib gəlməkdən bezmişik.

Mən kasıb bir əlil insanam, dövlət tərəfindən əliliyimə görə 47 manat pensiya alıram. Bu 47 manat pulla mən dolana bilmirəm. İki il ərzində Ağdam Məşğulluq Mərkəzi bir ailənin 3 üzvündən birini işlə təmin edə bilmirmi?”

Ağdam Məşğulluq Mərkəzindən mətbuat səhifələrində, elektron mediada çoxsaylı şikayətlərə rast gəlmək olar. Hətta sakinlər idarənin qabağında aksiya keçirmişdilər.

Düşmənlə üzbəüz yerləşən rayonun camaatı işsizlik, sosial problem dərdi çəkməməlidir. Ancaq yerli məmurlar insanları incidir, əlilləri də narazı salırlar.

Sakinlər gözləyirlər ki, Ağdam kimi mürəkkəb bir bölgəyə S.Babayev daha yaxşı kadr təyin edəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Вернуться назад