Главная > gundem, bolge > Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT

Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT


13-06-2018, 14:41. Разместил: admin
Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT

















Zaqatalada nadir ağac növləri vəhşicəsinə məhv edilir.
Bu haqda Obyekiv.info-nun redaksiyasına rayondan məlumat veriblər.
Zaqatala meşələrinin daha da dözülməz “qara günləri” başlayıb. Meşələrdən nadir növ ağacların belə kəsilməyi adi hala çevrilib. Zaqtala meşələrində misli görünməmiş “meşə vandalizmi” başlayıb. Ən dözülməz vəziyyət isə rayonun ən böyük meşəbəyliyi olan Car – Qəbizdərə meşələrindədir. Qeyed edək ki, bu meşəbəyliyin sahə rəis Şaban Quliyevdir. Bu meşəbəyliyin 9 dolayı var ki, bunlardan da 6-sı şəhərətrafı ərazilərini, 3-ü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir.
Redaksiyamıza göndərilən fotomateriallarda burda kəsilən ağaclar əks olunub.Xəbər verilir ki, Qəbizdərə-Mazıx ərazisində qırılan ağaclar Katex çayından Balakən ərazisinə aparılır və buradakı parket sexlərinə çatdırılır.
Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi isə, “Zelxo” Hacı ləqəbi ilə tanınan şəxsdir. Bu adam da bölgədə “at oynadan” cəlladlarından sayılır. “Zelxo” Hacı vaxtiylə meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin vaxtında işdən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə yenidən “Zelxo” Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər.

Tala meşəbəyliyinin meşəbəyisi İlqar adlı şəxsdir. Düzdür, onun müavini Həmzə Əliyev rəisindən daha məşhurdur.
Həmzə əvvəl Car meşəbəyliyində olub, orada qanunsuz əməllərinə görə qovulub. İndi yenidən Tala meşəbəyliyində işinə bərpa olub. Hər bir halda Ekologiya Nazirliyinin kadr siyasətinə təəcüblənməyə bilmirsən.
Tala meşəbəyliyində qırılan nadir ağaclar Zalban kəndindəki parket sexinə daşınır. Həmçinin meşəbəyi idarəsinin yaxınlığında da ağac emalı sexi var.
Qaynağımızın iddiasına əsasən, Zaqatala meşələrinin hesabına fəaliyyət göstərən mebel sexləri mafiyanın əlindədir.
“Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır. Bundan başqa, meşələri məhv edən şəxslər odunları rayon camaatına satırlar. Çünki Zaqatalanın əksər kəndlərində vətəndaşların mavi yanacaqla təminatı olduqca bərbad vəziyyətdədir. Əhali qışda soyuqdan donmamaqdan ötrü əsasən odundan istifadə edir. Odun isə meşə massivlərinin qırılması hesabına əldə olunur. Rayonda bir maşın odunun 600-800 manat arasında satılır.

Rayon icra başçısının, rayon polis şöbəsinin icazəsi olmadan heç kim ağacları məhv edə bilməz. Meşə massivlərinin məhvində xüsusilə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rəhbərliyinin əli olması danılmazdır. Mənbəmiz bildirdi ki, müəssisənin işçiləri üzərlərinə düşən vəzifəni demək olar ki, yerinə yetirmirlər:“MUĞANLI” MEŞƏBƏYLİYİ, “MUXAX” MEŞƏBƏYLİYİ, “TALA” MEŞBƏYLİYİ, “CAR-QƏBİZDƏRƏ” MEŞƏBƏYLİYİ deyilən ərazilərdə acınacaqlı vəziyyət yaşanır.
Müəssisə rəhbərliyinin “xeyir-duası” ilə burdakı yaşıllıqlar məhv edilir. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları “yaşıl soyqırım”ın qarşısını almırlar”.

P.S: Sizə təqdim etdiyimiz bu fotoşəkillər yuxarıda bir hissəsini dərc etdiyimiz araşdırmalarımız nəticəsində ortaya çıxmış faktlardır. Və həmin şəkillərdən də məlum olur ki Zaqatala meşələrində vəziyyət dəhşətlidir. Bütün bu faktları araşdırıb tədbir görmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərəcəyik.ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri Söhrab Abbasov kimləri himayə edir, hansı mebel sexlərini ilə şərikdir onu da açıqlayacağıq.


Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT
Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT
Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT
Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT
Zaqatala meşələrinin qənimləri olan meşəbəyilər – FOTOFAKT
Вернуться назад