DataLife Engine > Версия для печати > QUBA RAYON TƏHSİL İDARƏSININ CİNAYƏT ŞƏBƏKƏSİ
Главная > gundem, bolge > QUBA RAYON TƏHSİL İDARƏSININ CİNAYƏT ŞƏBƏKƏSİ

QUBA RAYON TƏHSİL İDARƏSININ CİNAYƏT ŞƏBƏKƏSİ


17-05-2018, 12:06. Разместил: admin
QUBA RAYON TƏHSİL İDARƏSININ CİNAYƏT ŞƏBƏKƏSİ
















Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə sahəsində verdiyi müntəzəm tapşırıqlar,artıq cəmiyyətin qulağında elə həkk olunub ki,yaylaqda olaraq,cəmiyyətdən qismən aralı olan çoban da məsələnin nə qədər ciddi olduğunu dərk etməkdədir.Ölkə həyatının bütün sahələri, bu neqativ psixologiyanın aradan qaldırılması proseslərini mənimsəməkdədir.
Rüşvətxorluq və korrupsiya faktlarının cəmiyyətin hansı sahələrini daha çox əhatə etdiyini sərf -nəzər etsək,təhsil sektorunun "öndə"getdiyini, təəssüf hissi ilə qabartmalı olacağıq. Ona görə təəssüf hissi ilə ki,hər bir ölkənin iqtisadi potensialının gücləndirilməsi, məhz bu sistemin yetişdirdiyi gələcək nəslin elmi səviyyəsinə ekvivalentdir. İsveç,Finlandiya, Almaniya, Yaponiya,Cənubi Koreya təhsil sistemləri buna bariz nümunələrdir. Adları sadalanan ölkələrin Tanrıdan bəxşiş yeraltı sərvətləri, demək olar ki, yoxdur. Lakin, yüksək təhsil sistemi sayəsində dünya iqtisadi inkişaf sıralamasında, həmişə ilk onluqda yerləşməkdədirlər.
Ümumiyyətlə, dünyamızın əksər ölkələrində -"məktəblərdə şagirdlərdən pul yığılır "-cümləsinin mahiyyətinin dərk olunması müşkülə çevriləcəkdir. Bunu, sərsəmləmə kimi qəbul edəcəklər. Amma, Azərbaycan Respublikasının Quba rayonunda təhsil idarəsinin rəisi vəzifəsini hansısa yollarla əlinə keçirmiş cənab Rüfət Hacıyev yuxarıda qeyd olunan cümlənin fəlsəfi-psixoloji portretini Van Qoqdan, Salvador Dalidən daha ustalıqla yaratmağı bacarmışdır. Əvvəla, cənab Rüfət Hacıyev təhsil idarəsinin rəisi kimi fəaliyyətə başlayan andan, ona lazım olan başlıca statistikanı ,yəni rayon məktəblərində şagirdlərin sayının 25600 nəfər olduğunu "məharətlə"öyrənməyi bacarmışdır. Sən demə, Rüfət orta məktəbdə vurma cədvəlini də öyrənibmiş. Yəni, həmin 25600 ədədini 2 ədədinə vurmaq yolu ilə,hər gün şagirdlərdən bac almaqla prezident cənablarının məlum tapşırıqlarına necə "tövhə"verməyi unutmamışdır.
Rüfət Hacıyev -Qələmşah Dostuyev adlı yaxın adamını mafiya qanunlarına uyğun olaraq, "pulyığan" ştatına təyin etmiş,onun əli ilə də müəllimləri və digər kontingenti işə qəbul edərkən "şirinlik"almaqdadır. Quba şəhər 6 saylı orta məktəbin hərbi müəllimini də 4000 manat "qulağnı kəsməklə" işə qəbul etmişdir.Bu,mövcud rüşvət faktlarının,yalnız bir epizodudur.
Şagirdlərə dərsliklərin pulsuz paylanması əməliyyatı da cənab Rüfət Hacıyev tərəfindən prezident cənablarının məlum tapşırıqlarına "uyğun"olaraq aparılmaqdadır. Belə ki, bu sahənin "kurasiyası" da etibarlı əl olan Rahid Seyidməmmədov adlı şəxsə tapşırılmışdır. Rahid qardaş da, mühüm və şərəfli vəzifəni icra edərək 9-cu sinif şagirdlərinə pulsuz dərslikləri pullarını yığmaqla paylamışdır. Lopu dildə desək, kitab mağazası satıcısının vəzifəsini icra etmişdir-yəni satmışdır.
Biz junalistlər aldığımız informasiyaların qullarıyıq. Yuxarıda qeyd olunan məlumatları əldə etdikdən sonra, bizdə yoxsul adamların psixologiyasına uygun olaraq varlıların sərvətini hesablama instinkti yarandı. Əcəba, bu Rüfət bəy ayda nə qədər qazanır? Bu qədər pulu hansı sandığa qoyur? 25600 vuraq 2- özü də hər gün. Pulsuz dərsiklərin sayı vuraq onların satış qiyməti. İşə qəbul olunanların sayı vuraq aşağısı 4000 manat. Hələ "ölü canlar",keçilməyən dərsdənkənar məşğələlərə silinən pullar...
Deyirlər ki, rayonlarda icra hakimiyyəti başçılarının dirijor çubuğu olmadan bir alət belə dınqıldaya bilməz.Bir quş belə yuvasından uça biməz. Qalmışdı ki, Rüfətin bu zıppıltılarını Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin müəllim eşitməyə, bilməyə. Eşitməyibsə,nə üçün Qubada başçıdı?Eşidibsə,onda...Şair Əli Kərim demiş:nöqtə,nöqtə, nöqtə.

Вернуться назад