» » Bütün ailə üzvləri işsiz olan Qarabağ əlili kömək istəyir... - Müraciət...

Bütün ailə üzvləri işsiz olan Qarabağ əlili kömək istəyir... - Müraciət...

Bütün ailə üzvləri işsiz olan Qarabağ əlili kömək istəyir... - Müraciət...














Surəti:Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına.
Surəti:Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti:Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova.
Surəti: Azərbaycan Respublikasının Maliyyə Naziri cənab Samir Şərifova
Surəti:Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə
Surəti:OMBUDSMAN Elmira xanım Süleymanovaya.
Surəti:Kütləvi İnformasiya vasitələrinə

Ağdam rayon Əfətli kənd sakini III qrup əlil Əhmədov Ramin Məhəddin oğlu tərəfindən

Şikayət
Hörmətli Səlim Müslümov!
Mən III qrup əliləm. 2016-cı ilin fevral ayından Ağdam Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata durmuşam. İxtisasca "Elektirik mantiyoruyam" və bundan əlavə olaraq kompuyuter proqramlarından yüksək səviyyədə istifadə etməyi bacarıram. Ağdam ərazisində yerləşən bir neçə idarədə də işsiz kimi müraciət etmişəm və qeydiyyata alınmışam. Bir əlil insan kimi hara gedirəmsə yaxın vaxtlarda iş olan kimi sənin əlil və cəbhə kəndində yaşamağını nəzərə alıb səni işlə təmin edəcəklər deyib yola salırlar. 4 nəfərdən ibarət ailə üzvülərimiz çox kasıb şəraitdə yaşayırıq. Atam, anam və mən 2016-cı ildən Ağdam Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata durmuşuq. 2016-cı ildən bu günə kimi Ağdam Məşğulluq mərkəzinə gedib gəlməkdən bezmişik artıq. Mən kasıb bir əlil insanam, dövlət tərəfindən əliliyimə görə 47 manat penisiyə alıram. Bu 47 manat pulla mən dolana bilmirəm. 2 il ərzində Ağdam Məşğulluq Mərkəzi bir ailənin 3 üzvündən birini işlə təmin edə bilmirmi? Yox əgər işlə təmin edə bilmirsə onda bu idarənin fəaliyyəti aidiyyatı qurumlar tərəfindən yoxlanmalıdırmı?
Hörmətli Səlim Müslümov!
Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya Haqqında fərmanın və qanunun tələblərini rəhbər tutaraq Ağdam Məşğulluq Mərkəzinin son 3 il ərzində fəaliyyətini respublika səviyyəli komissiya tərəfindən azərbaycan ictimaiyyətinin diqqət mərkəzində saxlanılmaqla və bütün marağı olan kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə işıqlandırılmasına şərait yaradılmaqla yoxlanılmasını məqbul hesab edirəm və bu prosesə pərdəarxası müdaxilələrə yol verə biləcək bütün yüksək vəzifəli məmurların hərəkətlərinin diqqət altına alınması üçün müvafiq tədbirlərin həyata keçrilməsinə və müvafiq orqanlara göstəriş verilməsini və prosesin nəzarətdə saxlanılmasını hüquqi, demokratik ölkənin vətəndaşı olaraq və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizədə ictimaiyyətə çağırışına qoşularaq xahiş edirəm!
Hörmətlə:
İmza: Əhmədov Ramin Məhəddin oğlu
16.10.2017.
Xalqxeber.Az
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət