» » Alı Alıyevin başı bəlada: FERMA MÜDİRİ İCRA BAŞÇISINI NECƏ ÇƏTİNƏ SALDI?

Alı Alıyevin başı bəlada: FERMA MÜDİRİ İCRA BAŞÇISINI NECƏ ÇƏTİNƏ SALDI?

Alı Alıyevin başı bəlada: FERMA MÜDİRİ İCRA BAŞÇISINI NECƏ ÇƏTİNƏ SALDI?


Füzulinin rəhbərinin sürülərinə baxan Emin adlı şəxs heyvanların Bahar Muradova ilə Əhməd Əhmədzadə üçün saxlanıldığını dilə gətirib

Füzuli rayonunun icra başçısı Alı Alıyevin yeni məziyyətləri ortaya çıxıb. Məlum olub ki, icra başçısı ərazisinin böyük hissəsi işğal olunmuş rayonun rəhbəri olmaqla yanaşı, həm də əksər biznes sahələrini nəzarətinə keçirib. Və bu işdə ona bacısıoğlanları yardımçı olurlar. Bu barədə bir qədər sonra.
JAM.AZ xəbər verir ki, Alı Alıyevin Füzuli rayonunda 4000 baş xırdabuynuzlu, 1000 baş isə iribuynuzlu heyvanları var. Həmin heyvanların əsas yataq yerləri isə Horadiz qəsəbəsi yaxınlığında yerləşən Bulğa Dərəsi adlının yerdir. Özünə ferma qurmuş icra başçısı mal-mülkündən o qədər muğayat olur ki, ermənilər bir güllə atan kimi, sürülərini dərhal Bulğa Dərəsindən çıxarıb, Fin qəsəbəsi deyilən ərazilərə daşıtdırır.
Qeyd edək ki, Alı Alıyevin fermasının müdiri Emin adlı şəxsdir. Füzulinin Dilağarda kəndindən olan Emin sürünün vəziyyəti, fermada baş verənlərlə bağlı ayda bir dəfə Alı Alıyevin qəbuluna gedir və orada hesabat verir. Bəzən bu görüş saatlarla çəkir. Deyilənlərə görə, Emin adlı həmin şəxs icra başçısına az qala hər bir heyvan haqqında ayrıca məlumat vermədən otaqdan buraxılmır.
İşin ilginc tərəfləri də var. JAM.AZ-a çatan məlumata görə, Alı Alıyev onun sürüləri və naxırlarından yuxarı dairələrin də məlumatlı olduğunu dilə gətirir. Hətta bunun üçün otağındakı Qurani Kərimə əl basaraq, and içdiyini də görənlər olub. Belə ki, icra başçısı hamının qarşısında deyib ki, ferması ilə bağlı ölkə rəhbərliyində və ətrafında məlumat var. «Hətta o qədər əminliklə danışır ki, buna inanmamaq mümkün deyil. Məsələn, o, «Məni qəbul edəndə fermadakı heyvanların sayı barədə də məlumat vermişəm» deyib bildirib».
JAM.AZ xəbər verir ki, Emin adlı şəxs fermanın müdiri olsa da, sürülər və naxıra 23 çoban ailəsi nəzarət edir. Çobanların hamısı Xaçmaz, Quba, Qax, Zaqatala və başqa rayonlardan olanlardır. «Bu adamların hamısının adına əmək haqqı kartları var. Lakin bu kartlar heç də onların çoban kimi işə götürülməsinə dəlalət etmir. Çünki həmin çobanlar və ailə üzvləri ayrı-ayrı idarə və müəssisələrdə çalışdığını göstərir. Onların hamısının Əhmədbəyli, Bala Bəhmənli və Horadizdə yaşadığı sənədləşdirilib. Maliyyə işlərini isə birinci müavin Bağır Aslanov həyata keçirir. O, kartlardakı pulları çıxararaq, Eminə verir və o da həmin pulları əlbəəl çobanlara çatdırır».
Və işin bir başqa maraqlı tərəfi daha var. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Fin qəsəbəsinə fermanı daşıyarkən camaat çobanlardan bunun kimə məxsus olduğunu soruşublar. Onların qarşısına isə Emin çıxıb və bildirib ki, sürünün Alı Alıyevə heç bir aidiyyatı yoxdur. «Emin qaş düzəltdiyi yerdə, vurub göz çıxarıb. O sürülərin Alı Alıyevə məxsus olduğunu gizlətmək üçün elə bir ifadə işlədib ki, buna artıq parlament səviyyəsində münasibət bildirilməlidir. Çünki Alıyevin ferma müdiri deyib ki, bəs, sürülərin bir qismi vitse-spiker Bahar xanım Muradovanın, digər qismi isə Əhməd Əhmədzadənindir. Onun deməyindən belə başa düşülür ki, Alı Alıyev bu iki şəxsin sürülərini saxlamağa məsuldur, nəinki rayonu idarə etməyə. Hər halda adları çəkilən hər iki şəxs kiçik vəzifə sahibləri deyillər. Onlar adlarının belə ucuz məsələdə hallanmasına görə, açıqlama verməlidirlər».

ANONS

-Alı Alıyev Fin qəsəbəsindəki fəhlələrin ərzaq təhcizatına necə nəzarət edir?
- İltizam və Nazim kimdir?
- Rayonda qapı-pəncərə sexləri kimə məxsusdur?
- İcra başçısı Zeynal Nağdəliyevin adını hansı məsələlərdə hallandırır?
- Alıyev oğlunu Füzulidə bir müddət saxlamaq üçün hansı addımı atıb?
- Elvin Alıyevin gecələr Bakıya gəlməsinin səbəbi nədir?
Bu və digər maraqlı məlumatları yaxın günlərdə oxuculara təqdim edəcəyik. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq.


bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət