» » Əxlaqsızlıq yuvası saxlayan həkimi çətin günlər gözləyir

Əxlaqsızlıq yuvası saxlayan həkimi çətin günlər gözləyir

Əxlaqsızlıq yuvası saxlayan həkimi çətin günlər gözləyir


«Cahargah» otelinin sahibi Kənan Əhmədov keçmiş polis işçisini qabağa verməklə diqqətləri üzərindən yayındırmağa çalışır Samir adlı şəxs icarəyə priton işlətməklə yanaşı, Hövsan qəsəbəsində də bir neçə obyektə nəzarət edir Bakının Hövsan-Türkan şossesində yerləşən «Cahargah» otelinin sahibi Kənan Əhmədovun fəaliyyəti barədə yeni məlumatlar əldə etmişik. Gundelik-baku.com-u məlumatlandıran mənbənin bildirdiyinə əsasən, qadın alveri ilə külli miqdarda sərvətə sahib çıxmağı bacaran həkim Kənan Əhmədov diqqətləri üzərindən yayındırmaq üçün keçmiş polis işçisini qabağa verib: «Belə ki, onun obyektlərinin bir neçəsinə, o cümlədən «Cahargah» otelinə və onun yaxınlığında yenicə tikilmiş hamam-saunaya Samir adlı şəxs nəzarət edir. Məlumat üçün deyim ki, Samir əvvəllər Suraxanı Rayon Polis İdarəsinin bölmələrindən birində rəisin sürücüsü işləyib. Lakin sonradan işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb. Hazırda onun özünün böyük biznes şəbəkəsi mövcuddur. Samirin Hövsan qəsəbəsində onlarla ticarət obyekti fəaliyyət göstərir. Onlardan ən böyüyü «Sultan»dır. Qəsəbənin mərkəzindəki ticarət obyektlərinin əksəriyyəti ona məxsusdur. Samir hər dəfə çətin vəziyyətə düşən kimi polis rəislərindən birinin adından istifadə edir. Kənan Əhmədovla münasibətləri çox yaxşı olan Samir «Cahargah» otelini və yanındakı hamam-saunanı aylıq icarəyə götürüb. Sabah üçün açılış etməyi planlaşdırırdı, amma hüquq-mühafizə orqanlarının əməkdaşları hələ ki, buna icazə vermirlər. Əslində düz edirlər. Çünki Samir Kənan Əhmədovun «krışa»lığı altında obyekti priton kimi işlətməyi planlaşdırır. Əgər belə bir hal baş versə, o zaman Türkan camaatının qabağını almaq mümkün olmayacaq. Türkan sakinləri evlərinin bir neçə metrliyində əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsinə ən kəskin formada etiraz edə bilərlər». Məlumatlı mənbənin bildirdiyinə əsasən, Kənan Əhmədovun yaxın dostu olan Samir adlı şəxs qeyri-qanuni yollara baş vurmaqla özünə yüksək səviyyəli şərait qurub: «O son model «Porsche» sürür. Nömrəsi isə 099-dur. Kənan Əhmədov onu arxayın edib ki, oteli priton kimi işlətsin və nə problem olsa özü yoluna qoyacaq. Amma Kənan Əhmədov elə bir insandır ki, başqasını təhlükəyə atar, amma öz adının heç vaxt pis işlərdə çəkilməsini istəməz. Başqa sözlə desəm, həkim Samir adlı şəxsdən öz mənfəəti üçün istifadə edir. Otel sahibinin obyektlərinin sayı-hesabı yoxdur. Dərnəgüldəki obyektlərin demək olar ki, yarısı onundur. Şəhərin mərkəzində bir neçə mənzili var. Hansı ki, həmin mənzillərin birinin qiyməti yarım milyondan ucuz deyil. O sahibi olduğu mülklərin əksəriyyətini «Cahargah» otelindən gələn pulla əldə edib. Yay aylarında bu əxlaqsızlıq yuvasında iynə atsan yerə düşmür. Həmçinin qışda da eyni vəziyyət hökm sürür». Bu arada, Kənan Əhmədovla bağlı daha bir maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirik. Əldə etdiyimiz məlumatlara görə, əslən Şəki rayonundan olan otel sahibi sabiq müdafiə naziri Rəhim Qazıyevlə yaxın münasibətlərə malikdir: «Deyilənə görə, iş adamı tez-tez keçmiş nazirə maliyyə yardımları edir. Hətta Kənan Əhmədov bəzi məclislərdə «Mən fəxr edirəm ki, Rəhim Qazıyev kimi yerlim var» cümləsini işlədir. Keçmiş nazirin hazırkı iqtidara qarşı münasibəti ortadadır. O Milli Şuranı dəstəkləyən şəxslərdən birincisi idi. Hazırda dövlət xəstəxanasında işləyən Kənan Əhmədovun iqtidarın əleyhinə fikirlər səsləndirən biri ilə sıx münasibətdə olması bəzi qaranlıq məqamlardan xəbər verir. Başqa sözlə desək, dövlət işində çalışan bu həkim üzdə özünü iqtidarı sevən biri kimi göstərsə də, gizli müxalifətçidir». İnanmaq istərdik ki, Xəzər Rayon Polis İdarəsinin rəisi hörmətli Azər Muradov «Cahargah» otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyətini davam etdirməsinə imkan verməyəcək və buranı işlədən şəxslərin barəsində lazımi tədbirlər görəcək. Araşdırmalarımız davam edir. Növbəti yazımızda Kənan Əhmədovun xarici ölkələrdə kiminlə istirahət etməsi haqda bəzi məqamları açıqlayacağıq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq. P.S. Deyilənə görə, Samir adlı şəxs «Cahargah» otelinin adını dəyişib «Sultan» qoymaq istəyir. Bu haqda növbəti yazımızda biləcəksiniz. Gundelik-baku.com
Əxlaqsızlıq yuvası saxlayan həkimi çətin günlər gözləyir
Əxlaqsızlıq yuvası saxlayan həkimi çətin günlər gözləyir
Əxlaqsızlıq yuvası saxlayan həkimi çətin günlər gözləyir
Əxlaqsızlıq yuvası saxlayan həkimi çətin günlər gözləyir


bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət