» » «Clear» hotelinin sahibləri barəsində cinayət işi açılmalıdır

«Clear» hotelinin sahibləri barəsində cinayət işi açılmalıdır

«Clear» hotelinin sahibləri barəsində cinayət işi açılmalıdır


Fəxrəddin və Fikrət qardaşları qadın ticarəti, insan alverilə məşğul olur General Elman Qəmbərov onları nəyin müqabilində həbsdən xilas edib? Qüvvədə olan qanunvericiliyə, eyni zamanda ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktlara əsasən qadın ticarəti, insan alverilə məşğul olmaq, əxlaqsızlıq yuvası – «priton» işlətmək, bu tip obyektlərə himayədarlıq etmək, yetkinlik yaşına çatmayan şəxsləri cinsi istirmara məruz qoymaq qəti şəkildə qadağandır. Lakin buna baxmayaraq, hələ də həm paytaxt Bakı, həm də ölkənin digər şəhər və rayonlarında adı gözəllik və ya masaj salonu, sauna, disko klub olan, əslində isə məhz «priton» kimi fəaliyyət göstərən obyektlər mövcuddur. Məsələnin maraqlı tərəfi ondadır ki, bu barədə kütləvi informasiya vasitələrində silsilə tənqidi materialların yayımlanmasına baxmayaraq, əlxaqsızlıq yuvalarının sayı azalmaq əvəzinə bir qədər də artır. Bu cür obyektlərə misal olaraq Binəqədi rayonu, Dərnəgül şossesi 108 ünvanında yerləşən, Fəxrəddin və Fikrət qardaşlarına məxsus olan «Clear» hotelini göstərmək olar. Beləliklə, insan alveri ilə əlaqədar cinayətlərin Cinayət Məcəlləsinin 144. 1. 2. 3-cü maddəsilə təsbit olunduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgidə deyilir ki, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət qardaşları bir sıra yollara baş vuraraq Binəqədi Rayon Polis İdarəsi ilə dil tapıb və elə buna görə də yüngül həyat tərzi keçirən qadınları müştərilərə müəyən məbləğ qarşısında təklif edən «Clear» hotelində yaşanan olaylara göz yumulur: «Artıq çoxlarına bəllidir ki, adıçəkilən hotel qadın alveri, insan ticarəti ilə məşğul olur. Belə ki, bura gələn müştərilər zövqlərinə uyğun olan qadınlarla bəzən 1-2 saat, bəzən də bütün sutka boyu əylənir, onlarla cinsi münasibətdə olurlar. Təbii ki, bütün bunlar müəyyən məbləğ qarşılığında baş verir. Bu isə birbaşa insan alveri kimi qiymətləndirilməlidir. Nəzərinizə çatdırım ki, insan alveri ilə əlaqədar cinayətlər Cinayət Məcəlləsinin 144. 1. 2. 3-cü maddəsilə təsbit olunur. Belə ki, qanunvericiliyə görə, burada əmlakın müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlığı məhdudlaşdırma cəzası müəyyənləşdirilib. Ümumiyyətlə, əxlaqsızlıq yuvaları dedikdə bu, iki anlamda qəbul oluna bilər. Yəni bu cür obyektlər əsasən narkopriton və fahişəxana tipində fəaliyyət göstərir. Bunların hər ikisi sovetlər birliyi dönəmində də olub. Lakin acı həqiqət də olsa, qeyd etməliyik ki, müstəqillikdən sonra ölkədə fahişəliklə əlaqədar sürətli artım olub. Görünür, əxlaqsız yuvalarına himayədarlıq edənlər, bu tip obyektləri işlədənlər, qadın alverilə məşğul olan, azyaşlı qızları müəyyən məbləğdə pulun qarşılığında satışa çıxaran «mama roza»lar, «sutenyor»lar, bir sözlə insan ticarətinin genişlənməsinə şərait yaradan və qadınları cinsi istismara məruz qoyanlar, məsələn «Clear» hotelinin sahibləri Fəxrəddin və Fikrət qardaşları hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericilikdə öz tənzimini ən sərt şəkildə tapıb. Məsələn, Cinayət Məcəlləsinin «Əxlaqsızlıq yuvaları saxlama» adlı 244-cü maddəsinə əsasən bu hal sübut edilərsə, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır». Fəxrəddin və Fikrət qardaşlarının fəaliyyətinin qanunvericiliyə zidd olduğunu, məhz bu səbəbdən də onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin açılmasının vacibliyini vurğulayan mənbənin sözlərinə görə, «Clear» hotelinin sahibləri hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək, İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar: «Deyilənlərə görə, xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşüblər. MTN-nin o zamankı rəhbəri Namiq Abbasovun göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilib və onlar həbs olunublar. Buna baxmayaraq, Fikrət və Fəxrəddin qardaşları müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olublar. Qeyd olunur ki, həmin vaxt onları üzləşdikləri təhlükədən bir neçə il əvvəl ləğv edilmiş Xüsusi İdarənin rəisi, general Elman Qəmbərov xilas edib. Ümumiyyətlə, general uzun müddət «Clear» hotelinin sahiblərini müdafiə edib, lazımı məqamda onlara öz dəstəyini göstərib. Deyilənlərə görə, Elman Qəmbərov bunun qarşılığını artıqlaması ilə alıb. Belə ki, Fikrət və Fəxrəddin qardaşları generalın «dolyası»nı vaxtı-vaxtında çatdırdıqları üçün qarşı tərəfin etibarını qazanıb. Hələ bu, harasıdır. Əgər «Clear» hotelinin fəaliyyəti, həmçinin Fikrət və Fəxrəddin qardaşlarının keçmişi ilə bağlı obyektiv araşdırma aparılsa, o zaman onların düşmən ölkə olan Ermənistanla da əlaqələri üzə çıxa bilər…» Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com
bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət