» » GDU Yusif Yusibovu itirir – Yeni rektor kim olacaq?

GDU Yusif Yusibovu itirir – Yeni rektor kim olacaq?

GDU Yusif Yusibovu itirir – Yeni rektor kim olacaq?


Adı maliyyə qalmaqalı, tələbələrdən imtahanlar zamanı ianə toplamaq məsələsində çəkilən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun vəzifədən uzaqlaşdırılması reallaşır. Umimiyyətlə, son illər ölkədəki təhsil sistemində aparılan ciddi islahatlar və bunun fonunda hətta təhsil nazirinin dəyişdirilməsi belə prezident İlham Əliyevin sözügedən sahəyə olan diqqətin bir qədər də artmasına yönəlik addımlar hesab olunur.
Və yaxud ya millət vəkili ya da rektor kimi ortaya qoyulan tələblər belə təhsil sistemin bir qədər də möhkəmlənməsinə gətirib çıxartdı. Bir daha subut olundu ki, təhsil millətin gələcəyidir və bu sahədə çalışan rəhbər şəsxlər bütün diqqəti təhsilə, inkişafa yönəltməldir.
Bölgələrdə fəaliyyət göstərən ali təhsil ocaqlarındakı məlum vəziyyət isə həmişə müzakirə mövzusu olaraq qalmaqdadır. Amma Lənkəran, Gəncə kimi böyük şəhərlərdə fəaliyyət göstərən qədim ali təhsil ocaqlarındakı təhsil, onun səviyyəsi, nədənsə bu universitetlərə nəzarət edən rektorları narahat etmir, gözdən uzaq könülədn xoş kimi istədiklərini edirlər. Əslində edə bilmirlər. Necə ki, cox ciddi hadisələrin baş verdiyi Lənkəran Dövlət Universitetinin rektoru bu yaxınlarda Prezidnetin sərəncamı ilə dəyişdirilidi. Bu da bir daha göstərdi ki, prezident İlham Əliyev nəinki Bakı şəhərində, həmçinin bölgələrdə fəaliyyət göstərən ali təhsil ocaqlarındakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırılır, baş verənlərdən xəbərdar olur.
Belə ki, GDU-da 7 milyonluq yeyinti, prorektorların açıq şəkildə özübaşnalığı, rektor Yusif Yusubovun bunun qarşısını ala biləcək gücə malik olmaması artıq ciddi suallar ortaya qoyur. Gəncə kimi tarixi, zəngin, gözəl şəhərdə belə bir tarixi universitet nədən bu vəziyyətə düşüb? Nədən GDU-da oxuyan tələbə smester sonunda pul verib imtahan yazdırmalıdır? Və yaxud nədən tələbə bu barədə belə düşünməldir? Cavab sadədir. Oxusan da oxumasan da smester sonunda atacağın addım bəllidir. “Yəni palaza bürün elnən sürün”. Hamı imtahanlara hazır olmalıdır. Yəni, pulunu verib qiymət almalıdır. Beləmi olmalıdır, cənab rektor Yusif Yusifov? Sizcə Azərbaycanda rüşvətə son qoyulmayıbmı? Bitmədimi rüşvət?
Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, yaxın vaxtlarda GDU-nun rektoru öz postunu itirəcək. Universitetə isə daha perespektivli, gənc və bacarıqlı rektor təyin olunacaq. Çünki, indiki rektor GDU-da artıq öz iş və idarəetmə funksiyasını itirib. Yusif Yusifov isə təqaüdə göndəriləcək. Çünki, onun elə təqaüd vaxtıdır…
Dəqiq təfərrüatlar barədə məlumat verəcəyik…

bizimhedef.info
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət