» » Paytaxtın ən məşhur əxlaqsızlıq yuvasının sahibi bəlli oldu – ŞOK FAKTLAR

Paytaxtın ən məşhur əxlaqsızlıq yuvasının sahibi bəlli oldu – ŞOK FAKTLAR

Paytaxtın ən məşhur əxlaqsızlıq yuvasının sahibi bəlli oldu – ŞOK FAKTLAR


Həkim işləyən Kənan Əhmədov «Cahargah» hotelini pritona çevirib Goranboyun polis rəisi Fəqan Azadəliyevin adından harda gəldi istifadə edən bu şəxsin obyektinin qapılarına qıfıl vurulmalıdır İnsan alverinin ən geniş yayılmış növlərindən biri hesab edilən qadın ticarəti dünyanın əksər ölkələrində ciddi problemə çevrilib. Statistikaya əsasən, hər il dünyada yüz minlərlə qadın bu ticarətin qurbanına çevrilir. Beynəlxaq səviyyədə ciddi mübarizə amilinə çevrilən bu bəla Azərbaycandan da yan keçməyib. Belə ki, son bir neçə ildə ölkəmizdə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərin sayı xeyli artıb. Ən maraqlısı isə odur ki, həmin məkanların yetərli hissəsinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Bu cür obyektlərdən biri də Hövsan-Türkan şossesində yerləşən «Cahargah» hotelidir. Qeyd edək ki, bu hotelin əxlaqsızlıq yuvasına çevrilməsi, gənc qızların cinsi istismarına şərait yaradılması barədə zaman-zaman mətbuatda məlumatlar yayılıb. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri qeyd olunan faktları araşdırmayıblar. Gundelik-baku.com-a bu hotelin fəaliyyəti və sahibinin kimliyi barədə ilginc məlumatlar daxil olub. Adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə, hotelin əsl sahibi əslən Şəki rayonundan olan Əhmədov Kənan Pənah oğludur. Məlumata görə, uroloq işləyən bu şəxs eyni zamanda biznes sahəsinə də böyük yatırımlar edib: «Əvvəlcə bir məsələni qeyd edim ki, Kənan Əhmədovun Rusiyada hektarlarla meşə sahəsi var. O həmin meşə massivlərindəki ağacları taxtaya çevirərək Azərbaycan bazarına çıxarır. Taxta biznesindən ay ərzində külli miqdarda xeyir götürür. O, Rusiyadakı biznesindən gələn gəlirlə Hövsan-Türkan şossesində yerləşən «Cahargah» hotelini tikib. Artıq neçə ildir ki, priton kimi fəaliyyət göstərən bu obyektə dəyib-dolaşan yoxdur. Çünki obyektin sahibi lazımi orqanların rəsmi şəxslərini hər ay necə lazımdırsa görür. Xəzər Rayon Polis İdarəsinin rəisi hörmətli Azər Muradov ay ərzində ən azı iki-üç dəfə hotelin qarşısından keçir. Nəyə görə polis rəisi özü bir dəfə girib hotelin fəaliyyəti ilə maraqlanmır? Ona görə ki, Kənan Əhmədov polis rəisinin görə biləcəyi bütün nöqsanları hansısa gücün vasitəsilə həll edir. Obyektin sahibi bir vaxtlar Suraxanı rayonu 30-cu Polis Bölməsinin rəisi işləmiş Fəqan Azadəliyevin adından istifadə edirdi. Hər yerdə deyirdi ki, hotel məhz Fəqan müəllimindir. Fəqan Azadəliyev hazırda Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışır. Bəlkə də, Fəqan müəllimin Kənan Əhmədovla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. O nəyə görə polis rəisinin adından sui-istifadə etməlidir?». Məlumatlı mənbənin sözlərinə görə, Kənan Əhmədov əxlaqsızlıq yuvasına çevrilən hoteli bu yaxınlarda ayı 10 min manata icarəyə verib: «May ayının 3-də hoteli icarəyə götürən şəxs mövsümün açılışını etməyi planlaşdırır. Amma Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları «Cahargah»da yoxlama aparsalar, açılış mərasimi baş tutmaya bilər. Aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri belə bir yerin fəaliyyət göstərməsinə imkan verməməlidir. «Cahargah» hoteli birbaşa çirkab yuvasıdır və milli-mənəvi dəyərlərimizə ağır zərbə vurur». İnanmaq istərdik ki, DİN-in rəhbərliyi və Xəzər RPİ-nin rəisi Azər Muradov yazdıqlarımıza reaksiya verib hotelin fəaliyyətinə qadağa qoyacaqlar. Növbəti yazıda Kənan Əhmədovun hansı dövlət xəstəxanasında işləməsi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin hansı vəzifəli şəxsinin adından istifadə etməsi və milyonluq mülkləri haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq. Gundelik-baku.com
Paytaxtın ən məşhur əxlaqsızlıq yuvasının sahibi bəlli oldu – ŞOK FAKTLAR
Paytaxtın ən məşhur əxlaqsızlıq yuvasının sahibi bəlli oldu – ŞOK FAKTLAR

bizimhedef.info
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət