» » Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin ŞANTAJ palavras

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin ŞANTAJ palavras

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin ŞANTAJ palavras


Cəlil Nəzərov o qədər rüşvət alıb varlanıb ki, artıq gözünü zülm pərdəsi örtüb və gerçəyi görmür”

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi, daim mətbuatın gündəmində olan Cəlil Nəzərovun növbəti hədəsi "Hürriyyət” qəzetinin və "Hurriyyət.az” saytının jurnalisti İkram Rafiqoğluna qarşı yönəlib. Baş həkimin qanunsuz fəaliyyətindən yazan jurnalist indi qeydiyyatda olduğu rayonun xəstəxanasından sağlamlıq haqqında arayış ala bilmir. Arayış almaq üçün Masallı rayon xəstəxanasının tabeçiliyində olan poliklinikaya müraciət edən İkram Rafiqoğluna baş həkimi görməyi məsləhət biliblər. Jurnalistin baş həkimə müraciətinə isə Cəlil Nəzərov "50 manat ver arayışı verim. Məndən yazdığın üçün sənə pulsuz arayış verməyəcəyəm. Get yenə yaz. Mənim arxamda Prezidentdən də güclü adam dayanır” – cavabını verib. Bundan sonra Prezident İlham Əliyev cənablarına rəsmi müraciət edən İkram Rafiqoğlu baş həkim tərəfindən şantajla üzləşməkdədir. Cəlil Nəzərov jurnalistə; "səni tutduracağam”-deməklə növbəti qanunsuz əməlindən xəbər verib.

Məsələ ilə bağlı İkram Rafiqoğlunun fikirlərini öyrəndik. İkram bəy hadisəni yuxarıda qeyd olunduğu kimi izah edəndən sonra baş verə biləcək hadisələrə hazır olduğunu dedi: "Mən Prezidentə müraciətimdən sonra, Cəlil Nəzərovdan özümə qarşı normal münasibət gözləmirdim. Çünki, arayışı 50 manat rüşvət alıb verən baş həkimin Masallı rayon Mərkəzi Xəstəxanasında etmədiyi qanunsuzluq qalmayıb. Bu şəxs özünü Masallının "padşahı” sayır. Təəssüf edirəm ki, Cəlil Nəzərov, ölkədə xeyirxah işləri ilə hörmət qazanmış "Palmalı” Şirkətlər qrupunun rəhbəri Mubariz Mənsimov kimi insanın adına ləkə gətirir, onun adı ilə hamını hədələyir. Onun məni həbs etdirməklə hədləməsinə gəlincə, mən Ölkə başçısına və Baş prokuror cənab Zakir Qaralova media vasitəsilə müraciət edirəm. Ölkənin qanunlarını ayaq altına alıb tapdalayan, Masallıda Mərkəzi xəstəxana adlı bazar açan, ölkə prezidentinə və onun tapşırıqlarına məhəl qoymayaraq rüşvətxor fəaliyyətini davam etdirən, ölkənin birinci şəxsi kimi İlham Əliyev cənablarını qəbul etməyən, bir uşaq ölümündə əli qana batan Cəlil Nəzərovun şər və böhtanından medianı qorusunlar. Bu insan o qədər rüşvət alıb varlanıb ki, artıq gözünü zülm pərdəsi örtüb və gerçəyi görmür. Hər gün Masallıda bu şəxsin özbaşınalığından cana doyanların sayı artır. Cənub bölgəsində Mubariz Mənsimovun hörmətinə xələl gətirən bu şəxs qanunların qatı düşmənidir. Mən sizi əmin edirəm ki, bundan sonra da bu şəxsin qanunsuz əməllərindən yazmaqda davam edəcəyəm. Cəlil Nəzərovun məni həbs etmək istəməsi isə onun üçün əlçatmaz arzu olaraq qalacaq”.

Sonda bizdə bir media orqanı olaraq həmkarımızın baş həkimin real hədələrindən qorunması və huqularının qanunun tələbləri ilə mudafiə edilməsi üçün cənab Prezidentə və ölkənin baş prokuroru cənab Zakir Qaralova müraciət edir və lazımı tədbirlərin görülməsi üçün tapşırıq vermələrini xahiş edirik.



bizimhedef.info
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mədəniyyət