» » Babayevin son “ümid yeri” 1 manata satıldı? – GİZLİNLƏR

Babayevin son “ümid yeri” 1 manata satıldı? – GİZLİNLƏR

 Babayevin son “ümid yeri” 1 manata satıldı? – GİZLİNLƏR


Aprelin 21-də ölkə mətbuatında belə xəbər yayıldı ki, “Bank Standard” və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Bank bazarındakı mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb (Trend). Bu məlumat ölkə mətbuatında geniş detalları ilə yayılmasa da, Qafqaznews.az saytına Mərkəzi Bankdaki mənbələrdən daha ətraflı bilgilər daxil olub. Qafqaznews.az-ın əldə etdiyi məlumata görə, ötən gün “Bank Standard”ın Müşahidə Şurasının sədri Kamal İbrahimov bank rəhbərliyindəki əməkdaşları toplayaraq bildirib ki, “bank artıq müflis olub və simvolik 1 manata hərrac yolu ilə Azərbaycan Beynəlxalq Bankına birləşdirildi”.

Görünür ki, birləşdirmə əməliyyatları artıq başa çatıb və yaxın günlərdə yekun açıqlama veriləcək. Lakin çox maraqlı məqamlar diqqəti çəkir. Belə ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin son maliyyə dayağı hesab olunan bu bankın birdən-birə “bu hala düşməsi” suallar doğura bilər. Lakin son zamanlar ölkə mətbuatında, xüsusilə də Qafqazskachanny-e-fajly-1-10news.az-da gedən yazılardan aydın hiss olunurdu ki, “Bank Standard”ın cəmiyyətdəki mənfi imici və bank rəhbərliyindəki şəxslərin maliyyə maxinasiyaları yuxarı dairələrdə heç də diqqətdən kənar qalmayacaq. Belə ki, “Bank Standard”ın Heydər Babayev və onun qardaşı Elçin Babayevin qaranlıq əməlləri barədə yazan agentlik rəhbərini sıxışdırması, onun yeganə mənzilini əlindən almağa çalışması barədə də xəbər vermişdik.

Həmçinin, “Bank Standard”ın sabiq İH rəhbəri Səlim Kriman tərəfindən “Çudo Peçka” mağazalar şəbəkəsinin rəhbəri Çingiz Çəlilovun tora salınması və adına 20 milyon manat kredit yazılaraq naməlum yerlərə xərclənilməsi də qeyd olunmuşdu. Silsilə araşdırmalar zamanı müəyyən olunmuşdu ki, Kamal İbrahimov “Çudo Peçka”nı tamamilə ələ keçirmək üçün, hazırda 32 milyon manata qədər artmış borcdan sui-istifadə edir və mağazalar şəbəkəsinin sahiblərinə təzyiqlər göstərir.selim

Sözügedən məsələ ictimaiyyətə yayıldıqdan sonra, Kamal İbrahimovun adamlarının ilk öncə Çingiz Cəlilovun vəkillərinə “çıxdığı” da başqa bir yazımızda qeyd olunmuşdu. Hətta məhz bu barədə bəhs edən yazıdan sonra Kamal İbrahimov birbaşa Çingiz Cəlilovla şəxsən görüşmüş, bu məsələləri ictimaiyyətə çıxarmamağı xahiş etmişdi. Başqa mənbələrdən əldə etdiyimiz məlumata görə, Kamal İbrahimov ictimaiyyətin diqqətindən qaçmaqla “Bank Standard”ı deyil, məhz özünü qurtarmağa çalışırdı, çünki bankın gələcəyinə artıq ümidlər qalmamışdı.

“Lakin son proseslərdən sonra, Kamal İbrahimovla bağlı yeni maliyyə maxinasiyaları üzə çıxa bilər ki, bu da onun illərlə topladığı sərvəti tamamilə itirməsi, hətta həbs olunması ilə nəticələnər. Belə ki, “Bank Standard”ın sənədləri tam yoxlanıldıqdan sonra, Kamal İbrahimovun həbsi də gündəmə gələ bilər”, – deyə mənbə qeyd edib. Araşdırmamız davam edir.(dia)
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət