» » Elmar Vəliyev Bəylər Əyyubova belə xəyanət etdi -ŞOK İDDİA

Elmar Vəliyev Bəylər Əyyubova belə xəyanət etdi -ŞOK İDDİA

Elmar Vəliyev Bəylər Əyyubova belə xəyanət etdi -ŞOK İDDİA


Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, Prezidentin şəxsi mühafizəsinin rəhbəri Bəylər Əyyubova arxa çevirib.
Mötəbər mənbələrdən daxil olan məlumata görə, Elmar Vəliyev Gəncə zonasında Bəylər Əyyubova yaxın olan məmurları və onlara məxsus biznes obyektlərini sıradan çıxarıb. Əyyubovun adamlarını zərərsizləşdirən Elmar Vəliyev Gəncədə öz klanını yaradıb. Bu isə Elmar Vəliyevin hakimiyyətdəki dayaqlarının daha da möhkəmləndirib. Müşahidələr göstərir ki, Bəylər Əyyubova arxa çevirən Elmar Vəliyev hakimiyyətdaki başqa qruplaşmaların dəstəyini qazanaraq əlavə imkanlar qazanıb. Artıq Elmar Vəliyevə yaxın millət vəkillərinin olması və parlamentdə Gəncənin icra başçısını açıq-aşar müdafiə etməsi də bunu deməyə əsas verir.
Məlumatlı mənbənin sözlərinə görə, Elmar Vəliyev Bəylər Əyyubovun yaxın adamlarını PKK kartı ilə zərərsizləşdirə bilib. Belə ki, hazırda həbsdə olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun sabiq MTN şefi Eldar Mahmudovla əlaqələrindən istifadə edən Elmar Vəliyev Bəylər Əyyubovun Gəncədəki "klanı”nı sıradan çıxarıb. Bu işdə xüsusi ilə kürd klanının mətbuatda hədəfə çıxarılması xüsusi rol oynayıb. Son 3-4 il ərzində həyata keçirilən plan yüksək peşəkarlıqla həyata keçirildiyindən Elmar Vəliyevin bu işdə adı hallanmayıb.
Elmar Vəliyevlə Vidadi Zeynalov yaxın qohumdurlar. Onların Gəncədə böyük tikinti biznesləri var. Hazırda bu biznesə Elmar Vəliyevin oğlunun rəhbərlik etdiyi bildirilir.
Qeyd edək ki, Elmar Vəliyevin vəzifə pillələrində irəli çəkilməsində Bəylər Əyyubovun müstəsna rolu olub.
"AzToday"
bizimhedef.info
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət