» » İradə Gülməmmədova camaatın çörəyinə necə zəhər qatır?

İradə Gülməmmədova camaatın çörəyinə necə zəhər qatır?

İradə Gülməmmədova camaatın çörəyinə necə zəhər qatır?


Abşeron rayonundakı bütün təndirxanalar xanım icra başçısının imiş



Abşeron rayonu ərazisində fəaliyyət göstərən bütün təndirxanaların hamısı icra başçısı İradə Gülməmmədovaya məxsus imiş. Və ya onun himayəsi altında fəaliyyət göstərirmiş.

Bu barədə JAM.AZ-a İcra Hakimiyyətindəki mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, xanım Gülməmmədova hələ müavin olduğu dövrlərdən bu biznesə girişibmiş. Abşeronun icra başçısı olduqdan sonra isə işləri daha da böyüdərək, bütün təndir çörəyi istehsal edən yerləri ələ keçirməyə başlayıb.

Qanunla təndirxanalarda çörək bişirilməsi zamanı odun və ya taxta qırıqlarından istifadə olunması qadağan edilib. Müvafiq dövlət qurumlarının rəyinə əsasən istifadə olunmuş taxta, mebel və digər yanacaq kimi istifadə olunan vasitələrin təndirdə yanacaq kimi istifadə olunması bişirilən çörəyin keyfiyyətinə təsir etməklə yanaşı, həm də insan orqanizmi üçün təhlükə yaradır. Ona görə ki, yanarkən ayrılan maddələr çörəyin üzərinə opur və bu da orqanizmə daxil olduqdan sonra fəsadlar yaratmağa başlayır.

Lakin İradə Gülməmmədova bütün qanunları bir kənara qoyub, öz bildiyi kimi davranmağa başlayıb. Verilən məlumata görə, icra başçısının nəzarətində olan təndirxanalarda söküntülərdən çıxarılmış ağac və taxtalardan, habelə köhnə mebellərdən yanacaq kimi istifadə olunur.
Bu əsnada, Abşeron rayonunda evlərin tikintisi ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb. Daha doğrusu, icra başçısı yığım prosesini fərqli qiymətlərlə reallaşdırmaqdadır. Həyətyanı torpaq sahəsində özünə mənzil inşa etmək istəyən vətəndaş bunun üçün ilk olaraq Abşeron rayon İcra Hakimiyyəti binasının qarşısında ağac kimi bitməlidir. İcra Hakimiyyətindəkilərdə insaf olduğu təqdirdə onu Tikinti və Memarlıq şöbəsinə yönləndirəcəklər. Orada isə «qiymət oxuma» kampaniyası həyata keçiriləcək. Qiymət müəyyən olunduqdan sonra vətəndaş həmin pulu gətirib orada anlaşdığı adama verməlidir.

Qeyd edək ki, əgər keçmiş icra başçısı Zakir Fərəcovun vaxtında Abşeron rayonunda mənzil tikməyin icazəsi hər kvadrat uçün 8-10 manata başa gəlirdisə, İradə Gülməmmədova qiymətləri 12-15 manata qaldırıb. Yəni, vətəndaş 100 kv.m-lik ev tikirsə, bunun üçün hörmət əlaməti olaraq 1200 manat, standart olaraq 1500 manat verməlidir. Üstəlik, həyatyanı torpaq üzərində hər hansı bir iş görəcəksə, onun da pulunu verməlidir.
Bununla bağlı geniş araşdırmamız olacaq və yaxın günlərdə detallı şəkildə oxucuların diqqətinə çatdıracağıq. (azfakt)

Qarşı tərəfi də dinləməyə hazırıq.

bizimhedef.info
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət