Nazirlikdən telefon satanlara - Xəbərdarlıq » Bizimhedef.info
» » Nazirlikdən telefon satanlara - Xəbərdarlıq

Nazirlikdən telefon satanlara - Xəbərdarlıq

Nazirlikdən telefon satanlara - Xəbərdarlıq


“FIM” xəbər verir ki, nazirliyin xəbərdarlığında bildirilir ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və “IMEI” nömrələri qeydiyyata alınmış mobil cihazların satışı təşkil olunmalıdır. Satış məntəqələrində olan bütün mobil cihazların “IMEI” nömrələrinin qeydiyyatı həmin cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir.

İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların “IMEI” nömrələrinin qeydiyyatda olması yoxlanılacaq, sertifikatsız, həmçinin “IMEI” nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun tədbirlər görüləcək.

Alıcılara mobil cihaz alan zaman “IMEI” nömrəsinin qeydiyyatda olmasını www.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, “IMEI” nömrəsini yazaraq “1677” qısa nömrəsinə SMS göndərməklə və ya “1677” məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.

Nazirlikdən telefon satanlara - Xəbərdarlıq

bizimhedef.info
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət