» » Nəsiminin icra başçısı sakinlərin sevincini qursağında qoydu - Fakt/təfərrüat

Nəsiminin icra başçısı sakinlərin sevincini qursağında qoydu - Fakt/təfərrüat

Nəsiminin icra başçısı sakinlərin sevincini qursağında qoydu - Fakt/təfərrüat

















Paytaxtın Nəsimi rayonunun Süleyman Rüstəm və Asif Məhərrəmov küçəsinin sakinləri çıxılmaz vəziyyətdə qalıblar

Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların sakinləri Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayətçidirlər.

50-ci binada yaşayan Mahirə Kərimova bildirir ki, may ayının 5-dən etibarən 46 və 50 saylı binaların arasında yeni binanın tikintisinə başlanılıb.

İşbazlar da hər şeydən istifadə edirlər. Binaların arasında olan torpaq sahəsini çəpərləyib, həyətdə tikinti işlərinə başlayıblar. Həyət hər tərəfdən mühasirəyə alınıb.

Sakinlərin sözlərinə görə, tikinti şirkətinin nümayəndələri deyir ki, ərazidə "şahmat məktəbi" tikiləcək. Binalar arasında məsafə çox az olduğu üçün sakinlər ərazidə hansısa tikintinin aparılmasını istəmirlər. Onların fikrincə, ərazidə aparılan tikinti işləri qanunsuzdur.

Ulus.Az xəbər verir ki, Ərazidə tikinti Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının sifarişi ilə tikilir və qanunsuzdur. İcra başçısı Asif Əsgərov Səbayılda əraziləri qarış-qarış satıb Nəsimiyə keçib.

Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev istefa verən də rayon sakinləri sevindiklərində az qala bir-birilərinə qonaqlıq belə verirdilər.
Çünki rayon bərbad günə salınmış, mikrorayonlarda beş mərtəbəli binaların əksəriyyəti yaşayış üçün yararsız duruma düşmüşdü. Amma görünür sevinmək tez imiş.

Yeni başçının təyinatından sonra gözlənilirdi ki, rayon sakinlərinin ən ağır problemi olan kanalizasiya problemi həllini tapacaq. Amma edilən müraciətlərin heç bir faydası olmadı.

Bu gün mikrarayonlardakı beş mərtəbəli binaların əksəriyyətinin kanalizasiyası elə binanın zirzəmisinə dolur.

Sovetlər dövründən quraşdırılmış kanalizasiya boruları dağılıb və indiyə qədər bir dəfə də olsa icra başçısı bu binalara baş çəkməyib. Amma bununla yanaşı rayonda binaların arasındakı boş ərazilər uğrunda az qala savaş gedir.

Asif Əsgərov icra başçısı təyin olunandan sonra sürətli “işə” başladı. Mikrorayonda, diqqəti cəlb etməyən ərazilər də ağacların sürətlə qırılması və yerlərində iki mərtəbəli ofis binalarının tikintisinə start verildi. Əsasən bu obyektlər beşmərtəbəli binaların arasında tikildiyi üçün diqqəti cəlb etmir.

Bu gün Memar Əcəmi metrosu ilə 3-cü mikrorayon dairəsi arasındakı parkın metro tərəfində diqqəti cəlb etmədən hasarlama işləri başlayıb.

Hətta univermaq istiqamətində hasara alınan ərazi də tikinti işləri də həyata keçirilir. Və yaxud, bir zamanlar 54 saylı məktəbin ərazisi olan sahə də 16 mərtəbəli binanın tiikintisinə hazırlıqlar görülür.
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət