» » Hesablama Palatası Aqrar Universitetə çağırıldı – Faktlar

Hesablama Palatası Aqrar Universitetə çağırıldı – Faktlar

Hesablama Palatası Aqrar Universitetə çağırıldı – Faktlar


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə bağlı yenidən Hesablama Palatasına müraciət ünvanlanıb.

Müraciətdə Palatanın bu ali təhsil ocağında da yoxlama aparılması istənilib.

Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetində, Texniki Universitetdə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qanuna zidd əməllər, maliyyə pozuntusu, dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb.

Bu barədə aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılan Hesablama Palatasının 2015-ci il üzrə hesabatında qeyd olunub.

Analoji araşdırmaların ADAU-də da aparılmasını tələb edən ali məktəb kollektivi Hesablama Palatasının hərəkətlənməsini gözləyir.

Quruma ünvanlanan müraciətdə universitetlə bağlı mühüm faktlar yer alıb. Dosye şəklində təqdim olunan materiallarda rektor İbrahim Cəfərov və komandasının maliyyə pozuntuları ilə bağlı məqamlar qeyd olunub.

Həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə anonim məktub yazdığı xəbər verilir. Müraciətdə ADAU-da rüşvət hallarının tüğyan etməsi və semestr imtahanlarında dekanların fəaliyyətinni təftiş edilməsi xahiş olunub.

Son zamanlar bu ali məktəbdən həm prokurorluğa, həm Təhsil Nazirliyinə gedən şikayətlərin sayı artmaqdadır. Bu şikayətlərin bir qismi anonim imza ilə ünvanlanır. Bu da tələbələrin və müəllimlərin rəhbərlik tərəfindən təzyiqlə üzləşməməsinə hesablanıb. Amma məktublarda detallı faktlar qeyd olunub.

Xəbərlərə görə, Hesablama Palatası sözügedən ali məktəbdə araşdırma aparsa ciddi nöqsanlar aşkarlayacaq.

Hətta daha əvvəl Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalarda müxtəlif şəxslərin adına yazılan 230 "ölü”ştat əməkhaqqı maxinasiyası nəticəsində mənimsənilən 270 min manat vəsait təhsil ocağının rəhbəri İbrahim Cəfərovu çətin vəziyyətə salmışdı.

Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər,

Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparam işçilərin sayı azı 5 dəfə artırılıb və həmin "ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb.

Bundan başqa Universitetin 4 labaratoriyasında 70 -dən çox şəxsin adı iş cədvəlində yazılsada əmək haqqılar rektor İbrahim Cəfərova çatdırıldığı bildirilir.

Məlumatlı mənbə bildirir ki, 230 "ölü can” ştatının maaşlarından mənimsənilən vəsait əslində 270 min yox, 500 min manatadan çoxdur. Ancaq rektor İbrahim Cəfərov mənimsənilən vəsaitin bir hissəsinin azaldılmasına "nail” olub.

O da deyilir ki, Dövlət Aqrar Universiteti yay bazarlığına start verib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi semestr imtahanlarının mövsümi haqq-hesabını çəkmək üçün hazırlıqları görüb.

Rektor İbrahim Cəfərov ölkənin tanınmış təhsil ocağını biznes obyektinə çevirməklə öz maliyyə imkanlarını genişləndirib. Universitetdə imtahanlar zamanı tələbələrdən qiymətə görə alınan xərac Tədris İşləri üzrə prorektoru Anar Hətəmovun nəzarəti altında həyata keçirilib.

Rektor yaxasını kənara çəkməklə bu prosesə qıraqdan təsirini göstərib.(TİA.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət