Neftçalada hərbi çağırış sistemi iflic vəziyyətdədir » Bizimhedef.info
» » Neftçalada hərbi çağırış sistemi iflic vəziyyətdədir

Neftçalada hərbi çağırış sistemi iflic vəziyyətdədir

Neftçalada hərbi çağırış sistemi iflic vəziyyətdədir


SHXÇDX-nin yerli şöbəsinin rəisi Turan Əliyev Arzu Rəhimova aylıq haqq verir? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrinin bir çoxunda ölkəmizin müvafiq qanunlarının tələblərinə riayət edilmir. Bu haqda ölkə mətbuatında demək olar ki, tez-tez müxtəlif səpkili materiallara rast gəlirik. Nə qədər tənqidi yazılar dərc olunsa da, xidmətin bəzi şöbələrində qanunsuzluqlara son qoyulmur. Gundelik-baku.com-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində cərəyan edən xoşagəlməz işlərlə bağlı şok məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, hərbi xidmətə yararsız olmağına rəğmən hər 3 ildən bir yoxlanışa gələn Neftçala sakinlərindən 500 manat pul alınır: «Şöbə rəhbərliyi deyir ki, pulların böyük hissəsi Arzu Rəhimova çatır. Pul verməyənlər tək ayaqlı da olsa, hərbi xidmətə gedəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində istənilən pulu vermədiyin təqdirdə həmin şəxsdən Arzu Rəhimova anonim məktublar yollanılır. Sonra həmin şəxsi məcburi şəkildə Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasına yoxlanılması üçün göndərirlər. Xəstəxanada UZİ-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyasına isə 30 manat ödəməli olurlar. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Xəstəxanada baş verən rüşvətxorluğa və antisanitariyaya baş həkim Ziya Əsədov göz yumur. Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasında həkimlərin istədiklərini verməsən bir günlük ömrün qalsa belə sənə sağlam diaqnozu qoyulur». Apardığımız araşdırmalar nəticəsində o da bəlli oldu ki, şöbənin rəisi, polkovnik leytenant Əliyev Turan Tofiq oğlu Neftçala rayonunda hərbi xidmətə çağırışı istənilən səviyyədə aparmır: «Məhz bu şəxsin şöbəyə rəis keçməsindən sonra Neftçalada hərbi xidmətdən yayınanların, möhlət hüququ alanların sayı xeyli artıb. Rəis özünəməxsus qiymət cədvəli tərtib edib. Məsələn, hərbi xidmətə yararsız bileti almaq istəyən gənclər Turan müəllimə nə az-nə çox düz 5 min manat verməlidir. Yaxud bir çağırış möhlət hüququ almaq istəyən gənclər 600 manat pul verməlidir. Əgər Hərbi Prokurorluğun rəsmiləri şöbənin fəaliyyətini araşdırsalar, Turan Əliyevin törətdiyi saxtakarlıqların üstü açılacaq». Deyilənə görə, şöbə rəisi əldə etdiyi gəlirin bir hissəsini də icra başçısı İsmayıl Vəliyevə verir. Bu haqda növbəti yazımızda ətraflı məlumat verəcəyik. Bizi izləyin. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.



bizimhedef.info
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət