» » Hesablama Palatasının ifşası: rektorluqdan şok – Faktlar

Hesablama Palatasının ifşası: rektorluqdan şok – Faktlar

Hesablama Palatasının ifşası: rektorluqdan şok – Faktlar


Rektor Akif Süleymanov Azərbaycan Texnologiya Universitetində rüşvəti və korrupsiyanı dözülməz həddə çatdırıb. Bir qrup tələbənin göndərdiyi məktubda qeyd olunub ki, tələbələrin 30 faizi aylıqdadır, hər tələbə 200-250 manata aylığa buraxılıb. Məktubda bildirilir ki, Texnologiya Universitetdə kafedra müdiri işləmiş, 2013-cü ildən ATU-ya retkor təyin olan Akif Süleymanov adıçəkilən təhsil ocağını şəxsi mülkü kimi idarə edir. Rektor necə deyərlər, öz texnologiyasını işə salıb. Elə bunun bariz nümunəsidir ki, Texniki Universitetdə qanuna zidd əməllər, maliyyə pozuntusu və dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb. Bu barədə aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılan Hesablama Palatasının 2015-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda deyilir ki, obyektlərdə əməyin ödənişi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələblərinə riayət edilməməsi halları müəyyən olunub. Azərbaycan Texniki Universiteti tərəfindən 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət elan edilib, 1 prorektora xəbərdarlıq olunub. Xəbərdə deyilir ki, rektor imtahan sessiyası ilə bağlı fakültə dekanlarına "tas” qoyub. Rektor rüşvət cədvəli tərtib edib; 3 qiymətini 50 manata, 4 qiymətini 70 manata, 5 qiymətini 100 manatdan keçməlidir. Hər imtahanda tələbələrdən ümumilikdə 50 min manat rüşvət yığılır. Təzə işə götürülən işçilərin əmək haqqı 115 manat olduğu halda, onlar xarici maşında universitetə gəlirlər. Rektorun qəbuluna düşmək də müşkül məsələdir. 20 ildir ki, universitetdə təsərrüfat işləri üzrə prorektor işləyən Aslan Quliyev və təsərrüfat şöbəsinin müdiri Natiq Nəbiyev rekorla əlbir olaraq təsərrüfat sistemini iflic edib. Təkcə idman zalnın təmirinə 90 min manat pul ayrılıb, o pulların bir qismi təmirə xərclənib. Qalanı rektor və təsərrüfat işləri üzrə prorektor mənimsəyib. Məlumata görə rektor keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, MTN hadisələrindən sonra vəzifəsindən uzaqlaşdırılan Əli Abbasovun sinif yoldaşı, yaxın adamıdır. Azərbaycan Texnologiya Universiteti əvvəlki şöhrətini itirib. Rektor dəyişəndə təhsil ocağındakı nöqsanların aradan qaldırılacağı, o cümlədən təhsilin keyfiyyətinin yüksələcəyi gözlənilirdi. Təəssüf ki, rektor ona bəslənən ümidləri doğrultmadı. Universitetdə təhsilin səviyyəsi gündən-günə aşağı düşür. Son iki il ərzində tələbələr imtahan sessiyalarını verməkdə böyük çətinlik yaşayırlar. Çünki rektor dəyişəndən sonra imtahanların qiymət cədvəlinə də bəzi korrektələr edilib. Bu isə tələbələrin maddi durumuna əhəmiyyətli dərəcədə təsir göstərir. İndi tələbələr əvvəlki illərdən fərqli olaraq daha çox hərəkət etməli və rektorun istəklərini qarşılamalıdır. Əks təqdirdə, onların imtahanda məqbul qiymət alması düyünə düşə bilər. Hələ ötən il Maliyyə Nazirliyinin xüsusi komissiyası universitetin maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparıb. Fevral ayında başlayan yoxlama bu günə kimi davam edir. Deyilənə görə, yoxlama zamanı 500 min manatdan çox yeyinti aşkarlanıb. Bu pul yeyintisi daha çox təsərrüfat şöbəsində üzə çıxarılıb. Qeyd edək ki, universitetdə hazırda 4 fakültə, 19 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3-iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir. Standartlaşdırma və texnoloji maşınlar, qida məhsullarının texnologiyası və turizm, iqtisadiyyat və idarəetmə və istehlak mallarının texnologiyası və ekspertiza fakültələri üzrə tədris aparılır. ATU-nun rektoru isə Süleymanov Akif Şamil oğludur. O, 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. Bu iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.(TİA.az)

bizimhedef.info
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət