» » Administrasiya Alı Alıyevə barmaq silkələdi: İcra başçısı bahalı avtomaşınlaırndan imtina edir?..

Administrasiya Alı Alıyevə barmaq silkələdi: İcra başçısı bahalı avtomaşınlaırndan imtina edir?..

Administrasiya Alı Alıyevə barmaq silkələdi: İcra başçısı bahalı avtomaşınlaırndan imtina edir?..


İcra başçısı yazdıqlarımızdan dolayı, oğlunun adında olan iki bahalı avtomobili başqa şəxsin adına keçirir


Xatırladaq ki, son günlər Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin özü ilə yanaşı oğlu da ölkə mediyasının gündəmidən düşmürlər.


Alı Alıyevin əhali ilə davranışları və eləcə də son günlər cəbhədə gedən döyüşlər zamanı şəhid olmuş hərbiçilərimizə və onların valdeyinlərinə qarşı heç də xoş sayılmayan münasibət bəsləməsi, həm elə ictimayyət tərəfində həm də yuxarı dairələr tərəfindən böyük qınağa səbəb oldu.


Administrasiya Alı Alıyevə barmaq silkələdi: İcra başçısı bahalı avtomaşınlaırndan imtina edir?..


Belə ki, Alı Alıyevin həm öz əməllərinin həm də, polis zabiti olan oğlu Elvin Alıyevin Bakıda bahalı avtomaşınlarla dəb-dəbəli həyat tərzi yaşaması hakimiyyətin yuxarı eşolonunda da böyük müzakirə mövzusuna çevrilib. Hətta icra başçısının yaxın günlərdə postundan alınacağı da bildirilir. Bu səbəblərdən dolayı, icra başçı oğluna aldığı 2 bahalı avtomaşınları başqa şəxslərin adına keçirir. Bunlardan biri"Gallenvagen" - 10 EU 900. Qiyməti təqribən 140 min manat; digəri isə, "PRADO" - 10 XT900. Qiyməti satış mərkəzlərində komplektasiyasına görə, ən full modelinin qiyməti 63 min manatdır; Ki, icra başçısı həmin avtomobilləri digər şəxslərin adına keçirmək fikrindədir.


Qeyd edək ki, ötən günlərdə Elvin Alıyevin avtomobillərinin markasını və hansı dövlət nömrə nişanları ilə idarə etdiyi barədə məlumat vermişdik.Təxmin edirik ki, həmin maşınların qiymətləri barədə oxucularımızın təsəvvürləri vardır:


"Gallenvagen" - 10 EU 900. Qiyməti təqribən 140 min manat;


"PRADO" - 10 XT900. Qiyməti satış mərkəzlərində komplektasiyasına görə dəyişir. Ən full modelinin qiyməti 63 min manatdır;


“Toyoto Corolla" - 10 RA 900. Satış mərkəzlərində qiyməti 32 min manatdan başlayır.


Bu gün isə Sonolay.org saytı icra başçısının Bakı şəhərində, 6 mkr. ərazisində özünə necə dəb-dəbəli villa tikdirməsi ilə bağlı bilgilər əldə edib. Qeyd edək ki, Sonolay.org həmin tikilən villanın, həm də icra başçısının Bakıdakı biznes obyektlərinin foto şəkillərini əldə edib. Yaxın günlərdə həmin foto şəkilləri oxucularımıza təqdim edəcəyik.


İndisə qeyd edək ki, Alı Alıyev qəbulunda olan (həmin şəxsin adını hələki çəkmirik)rayon sakinlərindən biri ona oğlunun Bakı şəhərində hansı oyunlardan çıxmasını xatırladaraq irad tutduqda Alı Alıyev oğlunun əhatəsinin yaxşı olmadığından xəbərdar olduğunu etiraf edib. İcra başçısı onu da etiraf edib ki, oğlu Elvin Alıyevin əhatəsi heç də yaxşı olmayıb, hətta onların içərisində narkoman olanlarıda olub, amma indi oğlu həmin narkomanlardan uzaqlaşıb.


P.S. Alı Alıyevlə bağlı Sonolay.org-a daxil olan digər bir məlumatda vurğulanır ki, icra başçısı cəbhədə gedən döyüşlərlə bağlı fermasını Bakı şəhəri, Qaradağ rayonu ərazisinə köçürüb.


Qeyd edək ki, icra başçıs oğlunun bahalı avtomobillərə sahiblənməsi ilə bağlı yazdıqlarımızdan dolayı, "Qafqazinfo.az"-a açıqlama verərək oğlu Elvin Alıyevin “Toyoto Corolla" avtomaşını olduğunu bidirmişdir. Bəllidir ki, daha iki avtomobil bahalı olduğundan həmin avtomobilləri üzə çıxardmayıb!


Bu və digər məlumatlar barəsində növbəti günlərdə geniş yazacağıq!


FİM.AZ
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət