» » Qüdrət Şükürov "lift biznesi"ndən oğurladığı pulları belə xərcləyir - İDDİA

Qüdrət Şükürov "lift biznesi"ndən oğurladığı pulları belə xərcləyir - İDDİA

Qüdrət Şükürov "lift biznesi"ndən oğurladığı pulları belə xərcləyir - İDDİA
















Dünən Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun 400 min dollarlıq toyu ilə gündəmə gələn qızı Ayselin bal ayı fotoları yayıldı. DİA.AZ bildirir ki, onsuz da yetərincə ictimai diqqət mərkəzində olan cütlüyün bu şəkildə yenidən gündəmə daşınması bəzi dairələrdə və ən əsası ictimai rəydə fərqli-fərqli yorumlara səbəb olub.

Dia.az bildirir ki, bu fotolarla cütlük növbəti dəfə tənqidlərə məruz qalıb. İnsanlar məmur qızının bu qədər var-dövlətinin mənbəyinin hara olması ilə bağlı suallar verib.

Qeyd edək ki, yerli KİV-lərdə gedən məlumata görə, hüquq-mühafizə orqanları Qüdrət Şükürovla bağlı araşdırmaya başlayıb.

Dia.az isə xatırladır ki, Qüdrət Şükürov pzü bu barədə mətbuata danışaraq, "mən nə etmişəm ki, məni yoxlasınlar" deyərək reaksiya vermişdi. Amma onun ayağında 30 milyon manatlıq şübhəli yeyinti faktının olduğu da danılmazdır.

İndi isə yeni evli cütlük sanki "kimsə umrumuzda deyilmiş" kimi davranırlar. Bunu isə dia.az-a oxuculardan biri yazır: "Tamam, hər kəs bal ayına gedə bilər. Amma belə bir həssas dönəmlərində cütlüyün öz bahalı əyləncələrini ictimailəşdirmələri sanki "kimsə umrumuzda deyil, kimsədən qorxumuz yoxdur" təəssüratını yaradır. Onlar sanki bununla həm də kimsə bizə heç nə edə bilməz də demiş olurlar. Halbuki Qüdrət Şükürova qarşı çox ağır ittihamlar səsələndirilib və səsləndirilir. Belə çıxır ki, bahalı əyləncələrini paylaşan cütlük kimsəni nəzərə almadıqlarını nümayiş etdirməkdə haqlı görünürlər".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bəyan edərək həmin qalmaqallı fotoları da təqdim edirik:


Qüdrət Şükürov "lift biznesi"ndən oğurladığı pulları belə xərcləyir - İDDİA
Qüdrət Şükürov "lift biznesi"ndən oğurladığı pulları belə xərcləyir - İDDİA
Qüdrət Şükürov "lift biznesi"ndən oğurladığı pulları belə xərcləyir - İDDİA
Qüdrət Şükürov "lift biznesi"ndən oğurladığı pulları belə xərcləyir - İDDİA
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət