» » “Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyi haqqında şok iddia

“Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyi haqqında şok iddia

“Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyi haqqında şok iddia


“Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyindəki oliqarx klanla bağlı yeni araşdırmalar aparmışıq. Aydın Bəşirovun taladığı və yağmaladığı dövlət qurumuna rəhbərlik edənlərin biznes fəaliyyəti haqda bilgilər əldə etmişik.

Tia.az-ın apardığı araşdırma zamanı məlum olub ki, XDG-nin yeni rəhbərliyi heç də xələfindən geri qalmayıb.


Hazırda QSC sədri Rauf Vəliyev, müavinləri Zamiq İsmayılov və Nəzrəddin Əhmədzadə Aydın Bəşirovun kursunun layiqli davamçıları kimi fəaliyyətdədir. Bir müddət əvvəl A.Bəşirov vəzifəən uzaqlaşdırılmasını belə şərh etmişdi: “Biz Rauf Vəliyevlə qardaş kimiyik, dostuq, problem yoxdur. Mən şadam ki, belə oldu”.

“Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyi haqqında şok iddia


Araşdırmalar zamanı əldə etdiyimiz bilgiyə görə, A.Bəşirovun bu şadyanalığı və arxayınlığının arxasnda da məhz həmin açıqlama dayanır. Onun postunda oturan R.Vəliyev A.Bəşirovla birgə hərəkət edir.Bəşirovun təcrübəsi, maxinasiyalarda və korrupsiya əməliyyatlarında, maliyyə yeyintilərində sənədləşmə işlərini yüksək səviyyədə bilməsi Vəliyevin işinə yarayıb.Bundan başqa İ.Bəşirovun Türkiyədə də böyük biznesi var. Onun başqa bir biznesi isə Salyanın keçmiş icra başçısı olan əmisi Rasim Bəşirovun oğlu Fuad Bəşirovun adına sənədləşdirilib. “Xəzər Yaxt Servis” MMC adlanan bu şirkət Xəzərdə turist gəzintiləri həyata keçirir. Bu MMC-nin də fəaliyyətində ciddi qanun pozuntularının olduğu bildirilir.

Sayta verilən xəbərlərdə deyilir ki, R.Vəliyev bu faktlardan xəbərdardır və Bəşirovların işinə mane olmur. Mənbə bildirib ki, Vəliyev XDG-dəki postundan istifadə etməklə biznes əlaqələri gücləndirib. Dövlət başçısı İlham Əliyevin müşavirələrdə səsləndirdiyi bəyanatlar, məmurlara yönəlik xəbərdarlıqlara baxmayaraq Rauf Vəliyev - Zamiq İsmayılov - Nəzrəddin Əhmədzadə üçlüyü bu mesajlara əhəmiyyət vermir.

“Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyi haqqında şok iddia


Belə ki, R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.
Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. QSC-də müavin postunu tutan Z.İsmayılov gənc kadr olmasına baxmayaraq, yuxarı eşalonda vaxtilə yüksək əlaqələrə malik olub. Onun xüsusi xidmət orqanlarında, özəliklə də məlum generalitet həbslərinə qədər təhlükəsizlik orqanlarında mühüm əlaqələri var imiş. Z.İsmayılov məlum həbslərdən sonra da dayaqlarını itirməyib. Onun xüsusi xidmət orqanında yüksək vəzifə tutan yaxın qohumunun kimliyi redaksiyamıza məlum olsa da, hələlik daha geniş məqalə üçün ətraflı dəqiqləşdirmələr aparırıq deyə adını açıqlamırıq.

Mənbə qeyd edir ki. Z.İsmayılovun həmin qohumu sayəsində gəmiçilik biznesində, bu məmur postundan sui-istifadə etməklə ticari işlərində hər hansı maneəsi yoxdur.Çünki R.Vəliyev və həmin yüksək vəzifəli qohumu olmaqla qarşısındakı hasarlar aşılıb. Eyni zamanda, trionun sonunu nümayəndəsi, korrupsioner şəbəkəsinin üzvü kimi təqdim edilən, Nəzrəddin Əhmədzadənin də şəxsi biznesi var.Onların yaratdığı qruplaşma isə “korrupsiya gəmisi”ndə hegemonluq etməklə hələ ki aysberqə rast gəlməyəcəyi qənaətindədir. Qeyd edək kiə dövlət məmurunun bizneslə məşğul olması qanunla qadağandır. Hər üç dövət məmurunun biznes əlaqələrinin detalları barədə araşdırmalarımız davam edir.

Qarşı tərəfi dinləməyə hazırıq.


bizimhedef.info
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət