» » Sabirabadın «bazarkom»u əxlaqsızlıq yuvası işlədir - DƏHŞƏT

Sabirabadın «bazarkom»u əxlaqsızlıq yuvası işlədir - DƏHŞƏT

Sabirabadın «bazarkom»u əxlaqsızlıq yuvası işlədir - DƏHŞƏT


Seyid Abbasa məxsus «Çənlibel» istirahət mərkəzində azyaşlı qızlar cinsi istismara məruz qalır Bu gün həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında müxtəlif adda əxlaqsızlıq yuvaları - pritonlar var. Onların böyük əksəriyyəti sauna, massaj salonu, kafe, restoran, otel, istirahət mərkəzi və digər cildlərə girərək sözün əsl mənasında insan alverilə məşğul olur, gənc qızları, qadınları bəzən şirnikləndirmə, bəzən də müxtəlif təzyiq üsulları, hədə-qorxu gəlməklə fahişəliyə cəlb edirlər. Söz yox ki, bu, cəmiyyətin ən ağrılı yeri, hamını narahat edən əsas problemlərdən biridir. Məhz elə bu səbəbdən də daim bu mövzunu gündəmdə saxlayır, sözügedən məsələyə dair reportajlar, tənqidi materiallar, araşdırma yazılar dərc edirik. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, bu tip obyektlərdən biri də Sabirabad rayonunda yerləşən «Çənlibel» istirahət mərkəzidir. Rayon sakinlərinin bildirdiyinə görə, adıçəkilən obyektdə hər gün onlarla qadın cinsi istismara məruz qalır və nəticədə obyektin sahibi, eyni zamanda Sabirabadın «bazarkom»u Seyid Abbas ay ərzində külli miqdarda gəlir götürür: «Bu obyekt heç kimdən və heç nədən çəkinmədən açıq-aşkar fəaliyyət göstərir və hələlik heç bir qurum onun barəsində hər hansı bir tədbir görməyib. Düzdür, bir neçə il əvvəl «Çənlibel» fəaliyyətini dayandırmışdı. Amma sonradan hansısa sehrli əl restoranın fəaliyyətini yenidən bərpa etməsinə yardımçı olub. Gənclər hansısa xanımla tanış olan kimi ”Çənlibel"ə qonaq dəvət edirlər. Restorana təkcə Sabirabaddan deyil, bütün ətraf qonşu rayonlardan - Hacıqabul, Saatlı, İmişli rayonlarından, Şirvan şəhərindən xanımlarla gəlib kef gecələri yaşayan müştərilər saysız-hesabsızdır. Obyektin sahibi yaxşı yerdən himayə olunur». Məlumata əsasən, Seyid Abbasa məxsus əxlaqsızlıq yuvası günün 24 saatı fəaliyyətdədir və bura gələn müştərilərin ardı-arası heç vaxt kəsilmir. Yaxın günlərdə sözügedən pritondan geniş reportaj hazırlayacağıq. Bizi izləməyə davam edin. Ümid edirik ki, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyi yazılanları dərhal araşdırıb bu əxlaqsızlıq yuvasının fəaliyyətinə son qoyacaq. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.
Sabirabadın «bazarkom»u əxlaqsızlıq yuvası işlədir - DƏHŞƏT

bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət