» » İbrahim Cəfərov Elmar Vəliyevin qəzəbinə tuş gələ bilər

İbrahim Cəfərov Elmar Vəliyevin qəzəbinə tuş gələ bilər

İbrahim Cəfərov Elmar Vəliyevin qəzəbinə tuş gələ bilər


O, icra başçısı vəzifəsi uğrunda qoşulduğu savaşın sonunda Dövlət Aqrar Universitetinin rektoru postu ilə vidalaşmalı olacaq Əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan İbrahim Həsən oğlu Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Aqrar Universitetində son dövrlər bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Belə ki, Gəncə şəhərində yerləşən sözügedən ali təhsil ocağının rektorunun ixisasca bitki mühafizəçisi olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyaya görə, 25 iyul 2013-cü il tarixdən etibarən, yəni İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyinə gətirildiyi gündən universitetdə vəziyyət mənfiyə doğru dəyişib. Beləliklə, rektorun 2000-2013-cü illərdə 38 say¬lı Nizami ikinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri vəzifələrində çalışdığını deyən mənbə bildirir ki, İbrahim Cəfərovun gələşindən sonra Dövlət Aqrar Universitetində öncədən mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub: «Artıq çoxlarına bəllidir ki, İbrahim Cəfərovun rektoru olduğu universitetdə son zamanlar bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Belə ki, hazırda bu ali təhsil ocağında çalışan müəllimlərin və tələbələrin adına yazılan sanatoriya putovkaları satışa çıxarılır. Onu da qeyd edim ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunun əsaslı gəlir yerlərindən biri də ali təhsil ocağının nəzdində fəaliyyət göstərən İxtisasartırma və Təkmilləşdirmə şöbəsidir. Bu şöbə kənd təsərrüfatı kadrlarının peşə ustalığının, elmi nəzəri biliklərinin genişləndirilməsi, elmi və texnikanın ən yeni naliyyətlərinin mənimsənilməsi, həmçinin kənd təsərrüfatı mütəxəsisləri üçün Kənd Təsərrüfatı Nazirliyinin göndərişi və ya vətəndaşla bağlanmış fərdi müqavilələr əsasında kənd təsərrüfatının sahələri üzrə (baytarlıq, zootexnika, mexanikləşdirmə, elektirikləşdirmə, aqronomluq, bitki mühafizəsi, meliorsaiya, ekologiya, kənd təsərrüfatı iqtisadiyyatı, aqrar siyasət və s.) istisasartırma kurslarının təşkili ilə məşğuldur. Odur ki, ixtisasını dəyişmək istəyənlər İxtisasartırma və Təkmilləşdirmə şöbəsinə qəbul olmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi tərəfindən irəli sürülən «tələb»lərə əməl etməlidirlər. Yalnız bundan sonra onlar ixtisaslarını dəyişə bilərlər». Bu arada, İbrahim Cəfərovun eks-spiker Rəsul Quliyevin fəal tərəfdarı olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru son dövrlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olmaq üçün əlaqələrini işə salıb, bu istiqamətdə bir sıra cəhdlərdə bulunub: «Deyilənlərə görə, İbrahim Cəfərov artıq rektor postundan Gəncənin icra başçısı vəzifəsinə təyiant almağa çalışır. O, bu arzusunu reallaşdırmaqdan ötrü himayəsinə arxalandığı nüfuzlu şəxslərə müraciət edib və istəyini açıq şəkildə bildirib. Düzdür, qarşı tərəf hələlik rektora bu barədə konkret cavab verməsə də, buna baxmayaraq İbrahim Cəfərov Elmar Vəliyevin kreslosuna sahiblənmək məqsədilə bir sıra tədbirlərə baş vurub. Təbii ki, icra başçısı rektorunun əməllərindən məlumatlıdır və elə buna görə də o, tezliklə İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılması üçün müvafiq təqdimat hazırlayacaq. Yəni o, Elmar Vəliyevin qəzəbinə tuş gələ bilər. Görünən odur ki, bu savaşda məğlub tərəf məhz İbrahim Cəfərov olacaq. Çünki Gəncə sakinləri Elmar Vəliyevə yetərincə etimad göstərir və onun fəaliyyətindən razıdırlar. Bu isə onu deməyə əsas verir ki, İbrahim Cəfərov Gəncənin icra başçısı vəzifəsi uğrunda qoşulduğu savaşın sonunda rektorluq postu ilə vidalaşmalı olacaq». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=36188 İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

bizimhedef.info
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət