» » Bir neçə icra başçısının karyerası təhdid altında! - Korrupsiyanın təhdid etdiyi rayon rəhbərləri

Bir neçə icra başçısının karyerası təhdid altında! - Korrupsiyanın təhdid etdiyi rayon rəhbərləri

Bir neçə icra başçısının karyerası təhdid altında! - Korrupsiyanın təhdid etdiyi rayon rəhbərləri


Məlum olduğu kimi, Hesablama Palatası bir neçə şəhər və rayon icra hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirib.

Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının yaydığı rəsmi ehsabatda məlumat verilib.

Məlumatda qeyd olunur ki, Bakı şəhəri Səbail, Xətai, Xəzər rayonları, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Tovuz, Sabirabad, Ağstafa, Ucar, Bərdə, Kürdəmir, Qobustan və digər rayonlarında aparılan yoxlamalar zamanı ciddi korrupsiya halları üzə çıxıb.

Sənədə əsasən, audit tədbirlərinin həyata keçirildiyi qurumlarda bəzi hallarda büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyi müəyyən olunub. Qurumlar tərəfindən mənzil fondunun gəlirlərinin az hesablandığı aşkar edilib....

Həyata keçirilən tədbirlərin nəticələri ilə bağlı Hesablama Palatasından verilən məlumata görə, Səbail rayon İcra Hakimiyyətində büdcə vəsaiti hesabına artıq saxlanılan 21 ştat vahidi ləğv edilib və təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan 7 ştat vahidinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi dayandırılıb. Eyni zamanda, 1 məsul işçi tutduğu vəzifədən azad edilib:

"Xətai rayon İcra Hakimiyyətində yol verilən korrupsiyaya görə 9 məsul işçiyə töhmət verilib, 2 işçiyə xəbərdarlıq elan olunub.

Xəzər rayon İcra Hakimiyyətində 3 məsul işçiyə şiddətli töhmət, 6 işçiyə töhmət elan edilib, 1 işçiyə xəbərdarlıq olunub.

Mingəçevir şəhər İcra Hakimiyyətində 4 məsul işçi tutduğu vəzifədən azad olunub, 4 məsul işçiyə isə ciddi xəbərdarlıq edilib.

Tovuz rayon İcra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib.

Sabirabad rayon İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

Ağstafa rayon İcra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib.

Ucar rayon İcra Hakimiyyətində 2 məsul əməkdaşa töhmət verilib, 2-nə xəbərdarlıq elan olunub.

Bərdə rayon İcra Hakimiyyətində 3 məsul əməkdaşa töhmət verilib, 5-nə xəbərdarlıq verilib. Kürdəmir rayon İcra Hakimiyyətində 11 nəfər maddi məsul rəhbər işçiyə töhmət, Qobustan rayon İcra Hakimiyyətində 4 məsul işçiyə xəbərdarlıq elan olunub.

Eyni zamanda, Sumqayıt Şəhər İcra Hakimiyyəti üzrə nöqsanlara yol vermiş şəxslərlə bağlı intizam tənbeh tədbirlərinin tətbiq edilib, o cümlədən 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 1 məsul işçi aşağı vəzifəyə keçirilib, 4 məsul işçiyə töhmət verilib, 3 məsul işçiyə xəbərdarlıq olunub”.

Məlumatda o da qeyd olunur kİ, Palatanın korrupsiya aşkarlanan rayonlarla bağlı hesabat sənədi Milli Məclisə təqdim olunub.

Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bu barədə Mia.az-a verilən məlumata görə, icra başçılarının yol verdiyi korrupsiya faktlarının müzakirəyə çıxarılması adıçəkilən rayon rəhbərlərinin böyük əksəriyyətinin karyerasına böyük zərbə olacaq:

"Bu sırada adıçəkilən Səbailin icra başçısı Eldar Əziziovla Sumqayıtın icra başçısı Zakir Fərəcovun prosesdən rahat çıxacaqlarını deyə bilərik. Ona görə ki, sözügedən icra başçıları palatanın yoxlama dövrünü əhatə edən tarixlərdə həmin rayonların rəhbərləri olmayıblar. Yəni bu rayonlar üzrə yoxlama onlardan əvvəlki rəhbərliyin dövrünə təsadüf edib. Lakin digər icra başçıları haqda bunu demək çətindir. Onlardan xüsusi ilə son illər barələrində daha çox şikayət olunan Kürdəmir, Ağstafa, Bərdə, Mingəçevir, Sabirabad və Ucarın icra başçıları haqda azad olunma sərəncamlarının verilməsi gözlənilir. Bu sıraya Tovuzun icra başçısı Tofiq Zeynalovun da adını əlavə eləmək olar. Baxmayaraq ki, o, Baş Dövlət Yol Polisi Idarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşıdır, ancaq bu faktor onu sığortalaya bilməz”.

Məlumatlı şəxs deyir ki, azad edilməsi gözlənilən icra başçılarının bəzilərinin hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması da istisna olunmur:

"Ələlxüsus Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun haqqında belə demək olar. Onun karyerasının ciddi təhlükədə olduğunu göstərən bir neçə faktor var. Bunlardan biri korrupsiyadırsa, digəri isə siyası çalarla bağlıdır. Ceyhun Cəfərovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovla yaxın qohum olması isə onun karyerasını aylardır təhdid edən əsas səbəblərin önündədir”.



bizimhedef.info
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət