» » İradə Gülməmmədova Abşeron rayonunu necə özəlləşdirib? - TƏFƏRRÜATLAR

İradə Gülməmmədova Abşeron rayonunu necə özəlləşdirib? - TƏFƏRRÜATLAR

İradə Gülməmmədova Abşeron rayonunu necə özəlləşdirib? - TƏFƏRRÜATLAR

İradə Gülməmmədovanın qardaşı İlham başçının adından istifadə edərək bir neçə vətəndaşdan işə düzəltmə adı ilə külli miqdarda pul alaraq onlara işə düzəltmə vədləri verir

Bir müddət əvvəl Abşeron RİH-nin başçısı İradə Gülməmmədovanın öz postundan sui-istifadə etdiyi ilə bağlı yazılar dərc etmişdik. Həmin faktlar sözügedən başçının rayonda yol verdiyi özbaşınalıqları əks etdirirdi.
Bu gün redaksiyamıza daxil olan yeni məlumatlar İradə Gülməmmədovanın haqqında daha geniş fikir sahibi olmağa şərait yaradacaq.
Paytaxta yaxın olmasına baxmayaraq, qanundan uzaq düşən Abşeron rayonunda problemlər bitmək bilmir. Dəfələrlə mətbuatda yazılanlardan nəticə çıxarmayan icra nümayəndəliyi günü-gündən Abşeron rayonunda sosial-iqtisadi vəziyyətin gərginləşməsinə səbəb olur.
2 sentyabr 2015-ci ildən Abşeronun icra başçısı vəzifəsinə təyin olunan İradə Gülməmmədova yad kadr hesab olunmur. Bildiyimiz kimi, vəzifəli şəxslərin hər hansı obyektin sahibi olması qanuni müstəvidə qadağan hesab olunur.
Gundemxeber.az-ın yaydığı məlumatlar İradə Gülməmmədovanın Abşeronda çoxlu irili-xırdalı obyekt sahibi olduğunu deməyə əsas verir.
Bunlardan ən məşhurları Xırdalan şəhərində yerləşən “Titanik” adlı restoranın alt hisəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üzərindəki “Palma” supermarketi, eyni adlı restoran və digərləri.
Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı və “Vorovski” adlanan ərazidə “Zümrüd” klinikasının yanındakı şərab evinin də sahibidir.

Bunlarla yanaşı, icra başçısı Goradildə dəniz sahili əraziləri ələ keçirərək özəlləşdirib.
İradə Gülməmmədova icra başçısı təyin olunandan sonra Abşeron rayonunda tikinti işlərinə tələb olunan “haqq” dəfələrlə artırılıb.
Şikayətçilər bildirirlər ki, Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir.
Gundemxeber.az bildirir ki,”tikinti biznesini” icra başçısının bacısı oğlu Babək Zalıyev idarə edir. Onun razılığı olmadan daşı-daş üstündə qoymaq mümkün deyil.
Şikayətlər bununla da yekunlaşmır. Bölgə TV-ə müraciət edən şəxslər bildirirlər ki, İradə Gülməmmədovanın qardaşı İlham başçının adından istifadə edərək bir neçə vətəndaşdan işə düzəltmə adı ilə külli miqdarda pul alaraq onlara işə düzəltmə vədləri verir. Daha sonra isə heç bir işlə təmin etmir.
Həmçinin onun H.Əliyev prospektində fəaliyyət göstərən tikinti obyektində işçilərin əmək haqqını vermədiyi bildirilir. Bu səbəbdən də aldadılan vətəndaşlar günlərdir İcra Hakimiyyətinə gedib-gəlirlər.

Göründüyü kimi Abşeron rayonunda problemlər tükənmək bilmir. Bölgə TV olaraq bu problemlərin həll olunması üçün geniş videoreportajlar hazırlamışıq.Yeni hazırladığımız videoreportajda yazıda qeyd olunmayan bəzi faktları da izləyicilərimizə göstərəcəyik. Sözügedən materialı yaxın saatlarda Bölgə TV- də izləyə biləcəksiniz.
Bolgexeber.com
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət