» » “Türkün türklə ədavəti”, liftdə 20 qəpik... 5 saylı xəstəxanada rəzalətdən - Fotolar

“Türkün türklə ədavəti”, liftdə 20 qəpik... 5 saylı xəstəxanada rəzalətdən - Fotolar

“Türkün türklə ədavəti”, liftdə 20 qəpik... 5 saylı xəstəxanada rəzalətdən - Fotolar















Bakı şəhər 5 saylı Kliniki Xəstəxanası bilmirsən ki, partiya qərargahıdır, Xruşşov dövründən qalan muzey yoxsa tibb ocağı...

Xəstəxanaya girər-girməz həyətində parkomat yerləşdirilib. Xəstəxana həyətində parkomat yerləşdirilməsi tamamilə qanunsuzluqdur ki, qarşıda bizi gözləyən rəzalətin yanında “toya getməlidir”.

Xəstəxanın girişində “Türkün türklə ədavət etməyə haqqı yoxdur” şüarını görər-görməz xəstə özünü siyasi partiya qərargahında yaxud ədəbi bir ocaqda hiss edir.

Anlamaq olmur ki, Azərbaycan vətəndaşlarının milli mənsubiyyətindən asılı olmayaraq müraciət etmək hüququ olan xəstəxanada türkün türklə nə kimi ədavəti var?! Bu, ilk analoqsuz xəstəxanadır ki, girişdə siyasi bir şüara rast gəlirsən.

Məntiqlə xəstəxanada ya İbn Sinadan ya Freyddən ya da ən pis halda Hipokrata aid bir nümunə olmalıdır. Amma canının hayında olan xəstələr başını qaldırıb bu şüara bir o qədər fikir vermirlər.

Çünki xəstəxanada həqiqətən türkün türklə ədavəti yoxdur. Burada ədavət həkimlərlə xəstələr, pasientlərlə tibb bacıları arasında gedir.

Şəhərin mərkəzində yerləşən bu tibb müəssisəsində rəzalət yaşanır. Bu rüsvayçılıq liftdən başlanır. Liftin qapısında xəcalət çəkmədən elan vurublar ki, 1981-ci ildən istismardadır.

Liftçi xanım isə “Liftçi qız” filmindəki kimi heç də dilsiz-ağıssız biri deyil, dil-dil ötür, xəstəni ağzını açmağa aman vermir.

Üstəlik, Qorbaçov dövründən qalmış lifti pisləyəndə o qədər tərifləyir ki, insan özünü hansısa Avropa ölkələrinin birindəki klinikada hiss edir.

Bu da azmış kimi, lift marşrut kimi istifadə olunur. Hər xəstədən 10-20 qəpik “yol pulu” alırlar. “Gənclik”dən “Əhmədli”yə də 20 qəpik, 5 saylı xəstəxanın 1-i mərtəbəsindən 5-ci mərtəbəsinə də 20 qəpik...

İnanılmaz bir mənzərədir - xəstəxananın həyətinə parkomat qoyublar, lifti pullu ediblər və xəstə həkiminə çatana qədər azı 40 qəpik gediş haqqı xərcləyir.

Politika.Az xəbər verir ki, rəzalət bununla bitmir. Bu uçub-tökülmüş xəstəxana binası istifadəyə yararsızdır.

Köhnə, taxta qapılar dağılır, palatalar Suriyada qaçqın düşərgəsini xatırladır, bir sözlə şərait sıfırdır. Bu da azmış kimi, xəstələri soğan qabığı kimi soyurlar.

Tibb bacıları deyirlər ki, burda havayı işləmirik, həkimlər isə xalatının cibini açıb üzünü çevirir ki, pul qoyanda xəcalət çəkməsin. Əsl supermarket qaydaları hökm sürür.

Məlumatda deyilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir.

Xəstəxanada "UZİ"-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır.

Prezident İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verib. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pulludur.

Xəstə yaxınları bildirirlər ki, baş həkim Ziya Əsədovun xalqımızın böyük, sevimli və unudulmaz şairi Bəxtiyar Vahabzadənin kürəkəni olduqlarını bilən insanlar isə sadəcə təəssüflə başlarını bulayırlar.

Ən azından görkəmli şairimizin vicdan, ədalət haqqında şeirlərindən bir misranı girişdə yazdıra bilərdi ki, tibb işçisini vicdanlı xidmət etməyə çağırış anlamını versin. Türkün türklə ədavətinin tibb ocağına nə dəxli?!

Həqiqətən də burada türkün türklə və qeyri-türklə ədavəti yoxdur, xəstəxanada dava-qırğın da, qovğa da xəstə yaxınları ilə tibb işçiləri arasında gedir - pul verməyəndə...


“Türkün türklə ədavəti”, liftdə 20 qəpik... 5 saylı xəstəxanada rəzalətdən - Fotolar

“Türkün türklə ədavəti”, liftdə 20 qəpik... 5 saylı xəstəxanada rəzalətdən - Fotolar

“Türkün türklə ədavəti”, liftdə 20 qəpik... 5 saylı xəstəxanada rəzalətdən - Fotolar

“Türkün türklə ədavəti”, liftdə 20 qəpik... 5 saylı xəstəxanada rəzalətdən - Fotolar
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət