» » Saatlı dotasiyasız qaldı: icra başçısı yola salınır - Şok təfsilat

Saatlı dotasiyasız qaldı: icra başçısı yola salınır - Şok təfsilat

Saatlı dotasiyasız qaldı: icra başçısı yola salınır - Şok təfsilat


















Saatlı rayon icra hakimi Siraqəddin Cabbarov istefaya göndərilə bilər

Bu barədə Politika.Az-a Saatlı rayon İcra Hakimiyyətindəki mənbədən məlumat daxil olub.

Qaynağın bildirdiyinə görə, S.Cabbarovun vəzifədən kənarlaşdırılmasının vaxtı çatıb. Uzun müddətdir ki, Saatlıya rəhbərlik edən adıçəkilən icra başçısının yerinə yeni kadr hazırlanır.

Mənbə qeyd edir ki, S.Cabbarov ölkə rəhbərliyinin etimadını doğrultmayıb. Onun investorların cəlb edilməsindən tutmuş sahibkarlığın, aqrar sektorun inkişafına qədər heç birinə töhdəi olmayıb.

Əldə etdiyimiz xəbərlərə görə, Saatlıya ayrılan dotasiya da kəsilib və daxili resursları hesabına özünü saxlayacağı bildirilib. Bundan sonra vilayətlərin yaradılması və RİH-nin ləğvi də S.Cabbarovun gedişini tezləşdirə bilər.

Uzun illərdən bəri Saatlının icra başçısı Siraqəddin Cabbarov büdcəni talamaqla məşğuldurlar. Real vəziyyətin əksinə olaraq tərtib olunan rəsmi sənədlərdə rayon ərazisində olan drenajların və kollektorların mütəmadi təmizləndiyi qeyd olunur.

Hər ay baş idarədən rayona göndərilən ehtiyat hissələri, yanacaq və sürtgü materialları və digər avadanlıqlar isə idarə rəhbərliyi tərəfindən mənimsənilir.

Saatlıda baş verən qanunsuzluqlar tək bununla yekunlaşmır. Məlumata görə, RİH-nin başçısının vəzifəsinə səhlənkar yanaşması, çox vaxt rayondan kənarda, əsasən paytaxt Bakıda olması rayonun idarə və müəssisə rəhbərlərinin də "qol-qanad"ını açıb.

Rayonda təhsil və səhiyyə bərbad durumdadır. Əhalinin əksəriyyəti sağlamlıqları üçün qonşu rayonlara üz tuturlar. Yaranmış problemlərlə bağlı RİH-nin başçısı Siraqəddin Cabbarovun qəbuluna düşmək isə sadəcə qeyri mümkündür.

Son vaxtlar Saatlı RİH-nin başçısı Siraqəddin Cabbarovun yarıtmaz fəaliyyətindən dolayı Prezident Adminstrasiyasına daxil olan şikayət məktublarının sayı xeyli artıb.
Həmin məktublarda vurğulanır ki, bu gün məmur özbaşınalıqlarından ən çox əziyyət çəkən bölgələrdən biri də məhz Saatlı rayonudur.

Rüşvətxorluq və digər korrupsiya əməllərini özlərinin qazanc mənbəyi kimi görən məmurlar sanki rayonun qapılarını ölkədə gedən iqtisadi inkişafın, ümumiyyətlə bütün mütərəqqi proseslərin üzünə bağlayıblar.

Siraqəddin Cabbarov rayonun problemləri ilə məşğul olmaqdansa, demək olar ki, əlində olan adminstrativ imkanlardan yararlanaraq öz biznes şəbəkələrini artırmaqla məşğuldur və tutduğu yüksək dövlət vəzifəsindən sui-istifadə edərək rayonda böyük biznes şəbəkəsi qurub.

Ən əsası isə budur ki, İcra başçısı Saatlı və İmişlidəki geniş çeşidli biznesini sel daşqınlarından ziyan çəkmiş insanlara ayrılmış dövlət vəsatinin mənimsənilməsindən əldə olunan sərmayə ilə inşa edib. RİH-nin mövqeyini dinləməyə hazırıq.
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət