» » İlham Əliyev idarəetmədə təkbaşına nələrə nail oldu? - İlginc faktlar

İlham Əliyev idarəetmədə təkbaşına nələrə nail oldu? - İlginc faktlar

İlham Əliyev idarəetmədə təkbaşına nələrə nail oldu? - İlginc faktlar

















Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunub. Əhalinin maddi rifahı xeyli yaxşılaşıb, yoxsulluğun səviyyəsi minimuma enib.

Politika.Az-ın Analitik Mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, bu inkişaf göstəricisi prezident İlham Əliyevin təkbaşına göstərdiyi şücaət və xidmət nəticəsində əldə olunub.

Ölkədə bürokratik əngəllər yaradan bəzi nazir və məmurların ümidinə qalsaydı Azərbaycanda anarxiya, korrupsiya və özbaşınalıq xirtdəyə qədər çatmışdı. Məhz İ.Əliyevin qətiyyəti və prinsipial siyasəti ölkənin bütün sahələrində tərəqqi yaradıb.

Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır.

Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.

Təhsilin inkişafı ölkədəəhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib.

Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri artıb.

Bununla yanaşı, Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir.

Prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dovlət başcısının bu uzaqgorən fikirlərini bir daha təsdiqləyir.

Təhsil sisteminin qarşısında duran əsas vəzifələri muəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xususi vurğulamışdır: “Neft, qaz tanrıdan verilən boyuk nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik.

Amma gec-tez bu təbii sərvətlər tukənəcək və bilik, zəka, səviyyə isə olkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş olkələrin təcrubəsinə baxsaq, gorərik ki, o olkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət