» » “Sədaqət Vəliyevanın nə səsini eşidirik, nə üzünü görürük” - daha bir “lal” deputatın dosyesi

“Sədaqət Vəliyevanın nə səsini eşidirik, nə üzünü görürük” - daha bir “lal” deputatın dosyesi

  • 29-11-2016, 13:47
  • gundem
  • 266
“Sədaqət Vəliyevanın nə səsini eşidirik, nə üzünü görürük” - daha bir “lal” deputatın dosyesi



















25 saylı Nizami ikinci seçki dairəsindən səs verənlər deputatınə əldə “çıraq gəzir”

Seçicilər redaksiyamıza yazır ki, deputat Vəliyeva Sədaqət Süleyman qızını axtarırlar. Buna səbəb onların dərd-sərini xanım millət vəkilinə çatdırmaqdır.
Artıq 2-ci çağırışdır ki deputat seçilən S.Vəliyeva məhz siyasi dayaqlarının hesabına mandat sahibi olduğu iddia edilir. Onun seçkidə qalib gəldiyinə dair seçicilərin şübhəsi var.

Bununla belə, onlar xanım deputatın qəbuluna düşmək üçün dəridən-qabıqdan çıxsalar da, onu tapmaq mümkün deyil. Seçicilər bildirirlər ki, S.Vəliyeva parlamentin ən passiv deputatlarından biridir:

“O da bizim bəxtimizə düşüb. Məsələn, Adil Əliyev Nərimanovda, Qənirə Paşayeva Tovuzda, Hadı Rəcəbli Lənkəranda, Zahid Oruc Bərdədə və s. bir sıra millət vəkilləri var ki, fəallıq nümayiş etdirirlər.

Seçiciləri dinləyirlər, imkan daxilində problemlərini yuxarı instansiyalara çatdırırlar, Milli Məclisdə müxtəlif məsələlər qaldırırlar. Sədaqət Vəliyevanın nə səsini eşidirik, nə üzünü görürük”.(politika)Parlamentdə Mehriban Əliyeva, Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləridir. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətini görmək olar.

Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkilləridir. Amma S.Vəliyevanın nə səsini eşidən olub, nə mətbuatda çıxışını görən olub. Əvəzində isıə onun baş həkim olduğu 4 saylı Vərəm Dispanserində rüşvət tüğyan edir.

Vərəm Əleyhinə Dispanserdə müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir.

Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır. Həmin vəsaitin böyük bir qismi isə dərman preparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət